Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir: "Kadr islahatları da aparılacaq"

Nazir: "Kadr islahatları da aparılacaq"

28.10.2021 [12:27]

“Federasiyalara səfərim piar üçün deyil. Görüşlərim araşdırma xarakteri daşıyır".

Bu barədə "Report"a açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Onun sözlərinə görə, çətinliklər olsa da, problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlama aparılmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik. Federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək. Lakin hər şey qəflətən olmur”.

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək: “Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30