Mənzillər bahalaşacaq?
14.02.2023 [10:28]
Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdən sonra...
Nicat Dilqəmli
Məlum olduğu kimi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi şərtləri sərtləşdirilməsi müzakirə olunur. Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Ötən buraxılışlarımızda qanuna edilən müvafiq dəyişikliklə bağlı bütün məsələləri özündə əks etdirən geniş araşdırma yazısı təqdim etmişdik. Miqrasiya sahəsinə edilən dəyişikliklə qanuna əlavə edilən yeniliklərdən biri də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə respublikamızda müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi şərtlərinin sərtləşdirilməsi, yəni ölkəmizdə yaşamaq niyyətində olan əcnəbilərdən yaşayış icazəsi üçün tələb olunan məbləğin 200 min manata çatdırılmasıdır. Başqa sözlə, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər bundan sonra Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manat dəyərində daşınmaz əmlaka sahib olmalıdırlar. Ölkəmizə müxtəlif səbəblərdən üz tutan, yaşama icazəsi almaq niyyətində olan əcnəbilərin sayı durmadan artır. Bu isə digər bir önəmli məsələni - ölkənin əmlak bazarında qiymət artımı məsələsini aktuallaşdırır.
Mütəxəssislər bu barədə nə deyir? Qanuna edilən dəyişiklik mənzillərin qiymətlərinin bahalaşmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı suallarımızı cavablandıran əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə xatırladıb ki, indiyə qədər respublikamızın ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı olduqda əcnəbilərə bir illik Azərbaycanda yaşama icazəsi verilirdi: “Digər bir şərt isə ölkə iqtisadiyyatına minimal olaraq 500 min manat dəyərində investisiya yatırılması idi. Məlum olduğu kimi, əcnəbilər ölkəmizdə daşınmaz əmlaka sahib olurlar və yaşama icazəsi almaq üçün bu sənədləri təqdim edirlər”.
Əsasən Gürcüstan və Rusiya vətəndaşları...
Ekspertin sözlərinə görə, daha çox yaşama icazəsi alan əcnəbilər əsasən Gürcüstan, Rusiya vətəndaşlarıdır: “Bundan başqa, siyahıda bir sıra digər Ərəb ölkələrindən olan əcnəbilər və həm də Türkiyə vətəndaşları da var”.
Təsir göstərməyəcək
“Bu baxımdan, hesab edirəm ki, Miqrasiya Məcəlləsinə edilən dəyişiklik ölkənin daşınmaz əmlak bazarına hansısa ciddi təsir göstərməyəcək”.
Başqa ölkələrin vətəndaşları olan soydaşlarımız...
Mütəxəssis bildirib ki, ölkəmizin əmlak bazarında Rusiya vətəndaşlarının böyük töhfəsi var: “Yəni orada yaşayan soydaşlarımız ölkəmizdə, əsasən də paytaxtda əmlak almaq istəyirlər. Bununla bağlı bizə də çoxsaylı müraciətlər olur. Və baxış keçirdikdə məlum olur ki, onlar əsasən yeni tikili binalardan ev almaq istəyirlər ki, bunun da qiyməti təxminən 100 min manat və bundan da artıq olur”.
Bütün bunları nəzərə alaraq R.Qasımzadə qanuna yeni bir əlavənin edilməsini də təklif edib: “Yeni dəyişikliyə əsasən, əmlakın dəyəri 200 min manat məbləğində müəyyənləşdirildi. Nəzərə almaq lazımdır ki, əmlak alanların bir çoxu digər ölkələrdə yaşayan soydaşlarımızdır. Hesab edirəm ki, Miqrasiya Məcəlləsinə dəyişiklik edilən zaman bu məsələ bir əlavə qeyd (və ya istisna) olaraq əlavə edilə bilər”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

