"Əbədi Müstəqilliyimiz və Yaşıl dünya naminə həmrəy olaq” mövzusunda tədbir keçirilib
26.05.2024 [13:04]
Qaradağ rayonu Qoustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə 28 May - Müstəqillik Günü və ”Yaşıl dünya naminə Həmrəylik İli”nə həsr olunmuş tədbir keçirilib.
YAP Qaradağ Rayon Təşkilatı ilə birlikdə təşkil olunmuş tədbirdə partiyanın rayon təşkilatının sədri Qafar Əliyev, 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova, YAP rayon təşkilatının əməkdaşları, məktəbin müəllimləri, valideynlərvə qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri açan Könül Hüseynova iştirakçıları salamlayaraq 106 ilbundan əvvəl elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın azadlıq arzularının reallaşmısı, müstəqil dövlətimiz informalaşması istiqamətində böyük əhəmiyyətindən danışıb. Qarşıdan gələn 28 May – Müstəqillik Günü ilə əlaqədar iştirakçıları təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurları xatırladan məktəb direktoru bu ənənələrin müasir Azərbaycan Respublikası tərəfində uğurla davam etdirildiyini vurğulayıb. Direktor, həmçinin Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmirəylik ili” elan olunduğunu xatırladıb. O qeyd edib ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi yüksək qiymətləndirib. O vurğulayıb ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Azərbaycan Xalq Cümhuriyyəti Yaxın Şərq tarixindəilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşalacaq respublikaların mühüm təməli rolunu oynayıb. Q.Əliyev həmin respublikaların formalaşmasında və inkişafında xalqımızın Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, Ümumilli lider Heydər Əliyev, Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev kimi böyük şəxsiyyətlərinin mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, müasir dövlətçiliyimizin əsaslarının həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlət kimi formalaşıb, bütün dünyada böyük nüfuz qazanıb.
Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edərək Böyük Zəfərə imza atdığını vurğulayan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına və separatizmə tam və qəti şəkildə son qoyulduğunu vurğulayıb.
Qafar Əliyev həmçinin xalqımızın Ümmumilli Lideri HeydərƏliyevin Azərbaycan təbiətinə böyük diqqətlə yanaşdığını xatırladıb. O qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir.
Qarşıdan gələn Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən YAP Qaradağ rayon təşkilatının sədri onlara yeni-yeni uğurlar arzulayıb.
Sonra tədbirdə 321 nömrəli tam orta məktəbin xor, təbiət, bitkilər, rəqs və voleybol dərnəyinin üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Voleybolçuların "Qarabağ" kompozisiyası, rəssam qızların fləşmobu, təbiət dərnəyi üzvlərinin “Lalələr" rəqsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə, həmçinin Qobustan qəsəbəsində yerləşəm 223 və195 nömrəli tam orta məktəblərin şagirdlərinin “Yaşıl dünyanaminə həmrəy olaq” mövzusunda təqdim etdiyi nömrələr də alqışlara səbə olub.
Sonda iştirakçılar Azərbaycan bayrağının rənglərini əks etdirən şarları səmaya uçurublar və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

