Yeni Azərbaycan Partiyası Avropa Parlamentinə müraciət ünvanlayıb
15.09.2012 [16:40]
Göndərilən müraciətdə vurğulanıb ki, Avropa Parlamentinin 13 sentyabr 2012-ci il tarixində qəbul etdiyi “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi” adlı sənəddə yer alan müddəalar Yeni Azərbaycan Partiyası və Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıq və təəssüflə qarşılanıb.
Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasət, aparılan demokratik-hüquqi islahatlar sayəsində Avropa dəyərlərinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak edir, “Euronest”in qurucu üzvüdür və təsadüfi deyil ki, beynəlxalq öhdəliklərə ardıcıl riayət edən ölkəmiz, məhz bu istiqamətdəki nüfuzu sayəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
YAP-ın Avropa Parlamentinə müraciətində daha sonra bildirilir: “Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya olunmasında və əfv edilməsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, “Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya”nın 12-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə istinad etmişdir. Göründüyü kimi, Ramil Səfərov məsələsində əvvəldən sonadək bütün hüquqi prosedurlar tam dəqiqliklə yerinə yetirilmişdir”.
Budapeşt məhkəməsinin 2004-cu ildə Ramil Səfərov haqqında qəbul etdiyi olduqca sərt qərarının (ömürlük həbs və yalnız 25 ildən sonra appellyasiya ilə bağlı müraciətin qəbul olunması) nədənsə humanizm prinsiplərini rəhbər tutan ümumavropa qurumları tərəfindən tam laqeydliklə qarşılanmasının təəssüf doğurduğu xatırlanan müraciətdə qeyd olunur ki, Avropada fəaliyyət göstərən və geniş imkanlara malik erməni lobbisinin təzyiqi altında verilmiş bu qərarda məhkumun vəziyyətinə təsir göstərən heç bir yüngülləşdirici hal demək olar ki, nəzərə alınmamışdı.
Müraciətdə nəzərə çatdırılır ki, Ramil Səfərov Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulub, qohumları və yaxınları öldürülüb, ailəsi isə qaçqın vəziyyətinə düşüb. Həmçinin, 2004-cü ildə Budapeştdə NATO-nun ingilis dili kurslarında təlim keçərkən mütəmadi olaraq, erməni zabiti Qurgen Markaryan tərəfindən provakasiya xarakterli hərəkətlərə, təhqirlərə məruz qalıb və affekt vəziyyətində bu cinayəti törədib.
“Təəssüf hissi ilə bildiririk ki, Avropa Parlamenti Ramil Səfərov məsələsi ilə əlaqədar Azərbaycan haqqında qətnaməsində hadisənin motivlərinə və törədilməsi şəraitinə, çıxarılan hökmün hüquq məntiqinə sığmayan dərəcədə sərt olmasına qətiyyən məhəl qoymayıb. Ramil Səfərov məsələsi, əslində, səbəb yox nəticədir. Bu xoşa gəlməyən hadisəni Ermənistanın Azərbaycana təcavüzü, on minlərlə insanların həlak olması, ailələrin dağılması, bir milyon azərbaycanlıların etnik təmizləməyə məruz qalmasından ayrı təsəvvür etmək qeyri - mümkündür. Avropa parlamentarilərinin bir qrupunun qəbul etdiyi məlum qətnamədə göstərdiyinin əksinə olaraq, beynəlxalq hüquq indi yox, məhz o zaman pozulub və bu günə qədər vəziyyət dəyişməyib. Buna görə də, əslində, Qurgen Marqaryan Qarabağ münaqişəsinin qurbanıdır. Müəyyən mənada Ramil Səfərov da bu münaqişənin qurbanı sayıla bilər, çünki ömrünün 9 ilini həbsxanada keçirib”, - deyə YAP-ın AP-ya müraciətində belə qeyd olunur.
Yeni Azərbaycan Partiyası müraciətdə Avropa Parlamentinin rəhbərliyinin və qətnamənin qəbul olunmasına səs vermiş üzvlərinin diqqətinə çatdırıb ki, yuxarıda sadalanan vacib məqamların nəzərə alınmaması Avropanın bu nüfuzlu qurumunun qətnaməsini qeyri-obyektiv və qərəzli edir. Belə bir qətnamə isə, əslində, münaqişə bölgəsində gərginliyin azalmasına deyil, daha da artmasına xidmət göstərir. Nə qədər ki, beynəlxalq strukturlar davamlı olaraq insan tələfatına və böyük humanitar faciəyə səbəb olan münaqişənin ədalətli şəkildə həll edilməsi istiqamətində təsirli addımlar artmayacaq, hesab edirik ki, o vaxta qədər bölgədə baş verən faciədə onların da günah payı olacaq.
Müraciətdə bildirilir: “Ramil Səfərov məsələsi ilə əlaqədar cəmiyyətin reaksiyası uzunsürən təcavüzə və onun gətirdiyi haqsızlıqlara etirazdan başqa bir şey deyildir. Eyni zamanda o da unudulmamalıdır ki, yaxın tarixdə dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş şəxsləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana ekstradisiya edərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək heç bir beynəlxalq qınağa məruz qalmaması faktının özü, əslində, heyrət doğurur. Halbuki Ermənistan bu terrorçuları ekstradisiya etdikdən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərərək onların vasitəsilə dinc əhaliyə divan tutub. 1992-ci ilin 26 fevralında azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı bu şəxslərin birbaşa iştirakı və təşkilatçılığı ilə baş verib. Lakin bu qanlı soyqırımını (613 ölü, o cümlədən 63 uşaq, 106 qadın, 70-i qoca olmaqla) törədənlər bu günə qədər cəzalarını almayıblar. Əksinə, Xocalı soyqırımının iştirakçıları törətdikləri amansız cinayətlər, azərbaycanlıların qətlləri üzərində Ermənistanda öz siyasi karyerasını qurublar. Cəmiyyətə pis nümunə, sizin qətnamədə qeyd edildiyi kimi, Ramil Səfərov məsələsi ilə deyil, ondan çox - çox qabaq, azərbaycanlıları qətlə yetirməklə karyera qurmaq faktları əsasında verilib”.
Yeni Azərbaycan Partiyasının müraciətində Azərbaycan cəmiyyətinin narahatlığı ifadə edilərək, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə etiraz bildirilib: “Sənəddə əks olunan müddəaları qeyri-obyektiv və qərəzli sayır, bölgədə gərginliyi artıra biləcəyindən narahatlığını ifadə edir və gələcəkdə parlamentarilərin həssas məsələlərlə əlaqədar qərarlar qəbul edərkən problemi daha ətraflı öyrənəcəyinə ümid bəsləyir”.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

