Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir
12.03.2025 [17:03]
“Diplomatik münasibətləri 1995-ci ildə quran Azərbaycanla Şimali Makedoniya arasında bu gün siyasi dialoq dinamik xarakter almaqdadır. Sirr deyil ki, Şimali Makedoniya Prezidenti Qeorqe İvanovun 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etməsi, eyni zamanda Prezident İlham Əliyevin 2024-cü ildə COP29 konfransı çərçivəsində Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşməsi, 2025-ci ilin mart ayında isə xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə növbəti səfəri bunun əyani sübutudur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanla Şimali Makedoniya energetika sahəsində əməkdaşlığa başlayıb və Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb: “Hazırda Azərbaycan Avrasiya məkanında 12 ölkəyə təbii qaz ixrac edir. On iki ölkədən 10-u Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Bu gün reallıq ondan ibarətdir ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Üç il öncə Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Bütün bunlar bir daha onu göstərir ki, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq Azərbaycanla Şimali Makedoniya üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrə də təsir göstərəcək”.
Ramil Vəlibəyov vurğulayıb ki, iki ölkə arasında 5 sənəd imzalanıb, o cümlədən sərmayələrin təşviqi və qarşılıqlı qorunması, eləcə də gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər qüvvədədir. Hazırda 3 aktiv olmaqla Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Bütün bunlar isə iki ölkənin humanitar, iqtisadi, ticarət sahələrində də əməkdaşlığın genişləndirilməsinə əlverişli mühitin olduğuna işarədir.
Ramil Vəlibəyov onu da əlavə edib ki, Yeni Azərbaycan Partiyası ilə Şimali Makedoniya Türk Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması, eləcə də partiya nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkənin münasibətlərinin inkişafına əlavə stimul faktorudur.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

