/ / Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Şanlı Zəfər tariximiz” adlı ümumrayon tədbiri keçirilib
Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Şanlı Zəfər tariximiz” adlı ümumrayon tədbiri keçirilib
07.11.2025 [18:25]
YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAPTərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Sonra Mədəniyyət Mərkəzinin foyesində ümumtəhsil məktəblərinin şagirdərinin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tərtərlilərin şəxsində bütün Azərbaycan xalqını 8 noyabr –Zəfər Günü, möhtəşəm və qürurverici bayram münasibəti ilə təbrik edib və 44 günlük müharibədə əldə edilən Qələbənin sevincindən danışıb. Bildirib ki, artıq 5 ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Qeyd olunub ki, bu qələbə sevincini tərtərlilər böyük qürurla yaşayıblar. Çünki onlar 30 il düşmənə gözdağı olublar. Düşmənlə üz-üzə, göz-gözə yaşayıb, işləyən tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. 44 günlük Vətən müharibəsində uşaqlı–böyüklü bütün tərtərlilər dözüm, dəyanət nümayiş etdiriblər. Ön cəbhədə olduğu kimi arxa cəbhədə də mülki insanlar şəhid oldu, yaşayış məntəqələrimiz atəşə tutuldu, ancaq düşmənə bir qarış da torpaq verilmədi. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb.
Dövlət rəsmiləri bildirdilər ki, “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir!” və “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”.
Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər şəhid olmuş, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların arasında qadın və uşaqlar da var. Erməni vandalları hətta dəfn mərasimi zamanı Tərtər şəhərinin qəbristanlığını atəşə tutmuş, 4 nəfərin faciəli surətdə ölümünə, neçə nəfərin yaralanmasına səbəb olmuşdur.
Vətən müharibəsində rayonumuzda 46 hərbi qulluqçu şəhid olub, 57 nəfər hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. 1554 Vətən müharibəsi veteranımız var.
İcra başçısı bildirib ki, qələbənin 3 ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Təxminən 23 saat davam edən bu əməliyyat Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələndi və 20 sentyabr “Dövlət Suverenliyi Günü” elan edildi.
Rayon rəhbəri Zəfər tarixinin bizim iştirakımızla, gözlərimiz qarşısında yazıldğını, tərtərlilərin həmişə Ali Baş Komandanın siyasətini dəstəklədiyini bildirib. Xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyini vurğulayıb.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında bildirdi ki, Hər bir azərbaycanlının qəlbində “Qarabağ Azərbaycandır!” harayı çırpınırdı. Bu söz illər keçdikcə təkcə bir şüar deyil, əzəli həqiqətin sarsılmaz ifadəsi kimi daha da möhkəmləndi.
Tarixi Zəfərimizin əsas memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.
Onun qətiyyətli mövqeyi, diplomatik məharəti və güclü ordunun qurulması 2020-ci ilin payızında haqq savaşımızı qələbə ilə başa çatdırdı. Azərbaycan əsgəri Vətənə olan sevgisini səngərdə, döyüş meydanında göstərdi. Xudafərin körpüsündə dalğalanan üçrəngli bayraq, Şuşaya əsgərin yumruğu ilə açdığı yol, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər və Laçının azadlığı bu qəhrəmanlığın simvoluna çevrildi.
Sonra “Vətən müharibəsi qəhrəmanı” şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, “Azərbaycan Bayrağı Ordenli” Elnur Salahov, Vətən müharibəsi qaziləri İntiqam Sarıyev, Nurlan Məhərrəmli çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Şanlı Zəfər Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. Müzəffər Ali Baş Komandan Qarabağın memarı və qurucusudur.
Tədbirdə Şanlı Zəfər gününə həsr edilmiş inşa yazı, rəsm, əl işləri üzrə müsabiqələrin və şahmat üzrə rayon turnirinin qaliblərinə YAP Tərtər rayon təşkilatı və rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar, YAP sıralarına yeni qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə isə qiymətli hədiyələr təqdim edildi.
Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44

