İnsan qardaşlığı, siyasi iradə və beynəlxalq həmrəyliyin təcəssümü
09.02.2026 [15:19]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi bəşəriyyətin ortaq dəyərlərinin, humanizm ideallarının və qarşılıqlı anlaşma mədəniyyətinin təntənəsi kimi yadda qalıb. Bu mərasimdə müxtəlif regionlardan siyasi və dini liderlər, ictimai xadimlər, beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək sülhün, tolerantlığın və qlobal həmrəyliyin mümkünlüyünü nümayiş etdirib.
Belə bir mükafata layiq görülmək həyata keçirilən siyasətin, aparılan diplomatik xəttin və insanlıq naminə göstərilən səylərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi deməkdir. Bu amil sülhə xidmət edən təşəbbüslərin dünya miqyasında etimad qazandığının aydın göstəricisidir. BƏƏ-nin banisi Şeyx Zayed müasir tarixdə uzaqgörənliyi, müdrik qərarları və xalqına sədaqəti ilə seçilən nadir liderlərdən biri kimi xatırlanır. Onun qurduğu dövlətçilik modeli sosial rifahı, milli həmrəyliyi və mədəni dəyərlərin qorunmasını prioritet istiqamətlərə çevirib. Bir zamanlar səhradan ibarət olan ərazilərin qısa müddətdə müasir infrastruktur, qabaqcıl texnologiyalar və yüksək həyat səviyyəsi ilə seçilən məkana çevrilməsi məhz həmin uzaqgörən siyasətin nəticəsi idi. Bu gün həmin model bir çox dövlətlər üçün uğurlu inkişaf strategiyası kimi öyrənilir və nümunə göstərilir.
Dövlətimizin başçısının mərasimdəki çıxışının əsas məğzini uzunmüddətli münaqişədən sonra yaranmış yeni reallıqlar təşkil edib. Onilliklər boyu davam edən Qarabağ məsələsi cəmiyyətin psixologiyasına, sosial münasibətlərə və iqtisadi inkişafa ciddi təsir göstərmişdi. Müharibə şəraitində yaşamaq nəsillərin taleyinə ağır yük kimi düşmüş, gələcək perspektivləri məhdudlaşdırmışdı. Bu səbəbdən sülh şəraitində yaşamağa başlamaq təkcə siyasi hadisə deyil, həm də mənəvi və psixoloji dönüş nöqtəsi kimi dəyərləndirilir. İnsanların gələcəyə inamının artması və normal həyat ritminin formalaşması cəmiyyət üçün yeni mərhələnin başlanğıcıdır.
Vaşinqtonda keçirilən Tarixi Zirvə Görüşü tərəflər arasında birbaşa dialoqun və siyasi qətiyyətin real nəticələr verə biləcəyini nümayiş etdirib. Bu görüş qarşılıqlı etimadın bərpa olunduğu və konkret razılaşmaların əldə edildiyi platforma olub. Sülh sazişinin paraflanması və birgə sənədlərin imzalanması uzun illər davam edən qarşıdurmanın hüquqi çərçivədə başa çatdırılması üçün möhkəm əsas yaradıb. Bu əlamətdar hadisə regionda yeni siyasi mərhələnin başlanğıcı kimi tarixə düşüb. Prezident İlham Əliyev mərasimdə qeyd edib: “Biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”.
Sülhün əsas göstəricisi praktiki addımlardır. Qısa müddətdə nəqliyyat marşrutlarının açılması, yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, ticarət əlaqələrinin genişlənməsi və enerji məhsullarının ixracının başlaması münasibətlərin normallaşmasının real sübutudur. Həmin addımlar iqtisadi fayda ilə yanaşı, psixoloji baryerlərin də aradan qalxmasına səbəb olur. Qarşılıqlı asılılıq və ortaq maraqlar tərəfləri daha məsuliyyətli davranmağa sövq edir və uzunmüddətli sabitlik üçün zəmin yaradır.
Mərasimin keçirildiyi məkanın seçimi təsadüfi deyil. Əbu-Dabi son danışıqların aparıldığı, razılaşmaların formalaşdığı və sülh qərarlarının yetişdiyi məkan kimi xüsusi simvolik məna daşıyır. Sözügedən şəhər artıq təkcə diplomatik görüşlərin keçirildiyi mərkəz deyil, həm də barışın gerçəkləşdiyi tarixi platforma kimi yadda qalır. Beləliklə, mükafatlandırma mərasimi sülh prosesinin məhz burada başlanması ilə mənəvi bir vəhdət təşkil edir. Bu mükafat həyata keçirilən siyasi kursun beynəlxalq səviyyədə qəbul edildiyini göstərən mühüm göstəricidir. Müstəqil ölkəmizdə dövlət siyasətinin mərkəzində insan amili, qarşılıqlı hörmət, əməkdaşlıq və təhlükəsizlik dayanır. Həmin prinsipial mövqe regionda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib və sabitlik məkanı formalaşdırıb. Uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq platformalarda dialoq və əməkdaşlıq təşəbbüslərinin fəal aktoru kimi çıxış edir.
Əbu-Dabidə keçirilən mərasim bir daha göstərir ki, ən mürəkkəb münaqişələr belə siyasi iradə, humanist dəyərlər və beynəlxalq dəstək sayəsində həll edilə bilər. Qarşıdurmadan əməkdaşlığa keçid mümkündür və bu keçid gələcək nəsillər üçün daha təhlükəsiz və sabit mühit yaradır. Bu mükafat həm əldə olunan uğurun təntənəsi, həm də gələcəyə ünvanlanan çağırışdır: sülh seçimdir və bu seçimi edənlər tarix yazır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

