/ / YAP Qaradağ rayon təşkilatı tərəfindən irəli sürülən namizədlər Müşfiqabad qəsəbəsi sakinləri ilə görüşüblər
YAP Qaradağ rayon təşkilatı tərəfindən irəli sürülən namizədlər Müşfiqabad qəsəbəsi sakinləri ilə görüşüblər
16.12.2014 [10:27]
Aydın Hüseynov: Yeni Azərbaycan Partiyası namizədlərini seçərkən perspektivli, Vətənə, dövlətə sədaqətli, ziyalı, ali təhsilli gənclərə və qadınlara xüsusilə üstünlük verib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində partiyamız tərəfindən irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi sakinləri ilə keçirilib.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan nailiyyətlərdən, regionların sosial-iqtisadi inkişafından, Qaradağ rayonunda aparılan abadlıq-quruculuq işlərindən danışıb və bu işlərin görülməsində bələdiyyələrin də rolunun olduğunu diqqətə çatdırıb. O, sayca dördüncü olan bələdiyyə seçkiləri, bələdiyyələrin fəaliyyət funksiyaları barədə geniş məlumat verib. A.Hüseynov qeyd edib ki, Azərbaycanda bələdiyyə seçkiləri çox vacib siyasi hadisədir. Ölkəmizdə yerli özünüidarəetmə institutunun yaradılmasından keçən 15 il ərzində bələdiyyələr inkişaf edib, dövlət tərəfindən zəruri addımlar atılıb, onların qanunvericilik bazası gücləndirilib: “Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına birbaşa yönəldilib. Təbii ki, bu prosesdə bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür”.
YAP Siyasi Şurasının üzvü deyib ki, bələdiyyələr yerlərdə demokratiyanın göstəricisidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası namizədlərini seçərkən perspektivli, Vətənə, dövlətə sədaqətli, ziyalı, potensiallı, ali təhsilli gənclərə və qadınlara xüsusilə üstünlük verib.
Daha sonra görüşdə çıxış edən YAP tərəfindən Müşfiqabad bələdiyyəsinə irəli sürülən namizədlər - Vüqar Əliyev, Həsənağa Hacıyev, Fəxrəddin Hüseynov, İlahə Murquzova, Sədaqət Yusifova seçkilərdə qalib gələcəkləri təqdirdə partiya rəhbərliyinin və seçicilərin etimadını doğruldacaqlarına söz verib, görəcəkləri işlər barədə seçiciləri məlumatlandırıblar.
Tədbirdə çıxış edən qəsəbə sakinləri İlham Sadiqov, Əhməd Məmmədov, Çiləxanım Gözəlova və digərləri bütün seçkilərdə olduğu kimi 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

