Azərbaycan gəncliyi gələcəyə inamla addımlayır
28.02.2015 [13:12]
YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Fevralın 27-də Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli quruculuq-abadlıq işlərindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb. B.Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Gənclər Birliyinin üzvləri rayon təşkilatında birləşən üzvlərin 50 faizdən çoxunu təşkil edir. YAP Abşeron rayon təşkilatının sədri çıxışının sonunda vurğulayıb ki, bu gün Ulu öndər Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla addımlayır.
YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov ötən konfransdan keçən müddət ərzində YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlər barədə məlumat verib.
Konfransda YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin üzvləri Fərid Dilavərov və Rəşad Baxışəliyev çıxış edib hesabatı qənaətbəxş qiymətləndirərək əmin olduqlarını bildiriblər ki, bu konfrans YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin işini daha səmərəli qurmağa və daha böyük nailiyyətlər qazanmağa şərait yaradacaq.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkəmizdəki ictimai-siyasi proseslərin həmişə mərkəzində olub.
V.Rəhimzadə vurğulayıb ki, bu gün Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin gənclərə olan diqqət və qayğısı hər birimizin ürəyincədir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirir, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır. YAP Siyasi Şurasının üzvü çıxışının sonunda YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvü, Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Gənclər Birliyinin üzvləri Abşeron rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. İ.Gülməmmədova, həmçinin, rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verərək gəncləri bu istiqamətdə fəal olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin 23 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə Heyətinin üzvləri seçiliblər. Rayon Gənclər Birliyinin sədri Elgün Hümbətov, müavinləri isə Rəşad Baxışəliyev və Elgün İsgəndərov seçiliblər. YAP Gənclər Birliyinin respublika konfransına 4 nəfər nümayəndə seçilib.
Tədbirdə bir qrup partiya üzvünə vəsiqələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19

