Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib
05.03.2015 [09:57]
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra iştirakçılar təşkilatın inzibati binasının akt zalında YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlərlə bağlı hazırlanmış foto-slaydı izləyiblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev konfransı açıq elan edərək bildirib ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətlər qazanırlar.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP-ın fəaliyyətində gənclərin rolunu xüsusi olaraq vurğulayan V.Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşən gənclər yüksək intellektual potensiala malikdir. Onlar ölkədə gedən bütün ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Sonra tədbirdə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının Gənclər Birliyinin III konfransından ötən müddət ərzində gənc üzvlərin sayı 1668 nəfərdən 2803 nəfərə çatıb. Bu rayon təşkilatında olan üzvlərin 28 faizi deməkdir. Təkcə 2014-cü ildə partiya sıralarına qəbul edilənlərin 53,7 faizi, yəni 282 nəfərini gənclər təşkil edib.
YAP Masallı rayon təşkilatının Gənclər Birliyinin sədri Seymur Nuriyev bildirib ki, bu gün ölkəmizdə düşünülmüş və məqsədyönlü gənclər siyasəti həyata keçirilir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb və YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib. İştirakçıların yekdil rəyi ilə Hüseynov Məmmədhüseyn Rizvan oğlu YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri, Əliyev Cəlal Aftandil oğlu sədrin I müavini, Əsgərov Tofiq Asif oğlu və Bəşirova Kəmalə Məsləhət qızı müavinləri seçiliblər. Konfransda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə konfrans iştirakçıları adından müraciət ünvanlanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

