Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüş keçirib
21.10.2015 [10:18]
Yeni Azərbaycan Partiyasının (YAP) 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən millət vəkilliyinə namizədi Tahir Mirkişilinin 3-cü mikrorayon, eləcə də 36, 14, 15, 16, 17, 41 və 76-cı məhəllələrin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev YAP-ın ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da parlament seçkilərinə ciddi şəkildə hazırlaşdığını söyləyib. Şəhər təşkilatının sədri deyib ki, YAP parlament seçkilərinə “Yeni hədəflərə doğru!” şüarı ilə qatılıb: “Əminəm ki, Sumqayıt seçiciləri məhz öz xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Tədbirdə çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən millət vəkilliyinə namizədi Tahir Mirkişili son illər ərzində həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını, Azərbaycanın regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirdiyini bildirib: “Azərbaycan dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində strateji mövqeyə malikdir. Həyata keçirilən Dövlət proqramları, eləcə də digər islahatlar ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib. Bütün bu nailiyyətlər isə sözsüz ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasi kursun nəticəsidir. Ölkəmizin inkişafı, vətəndaşımızın sosial tələblərinin yüksək səviyyədə təmini isə xalqımızın ölkə Prezidentinə, rəhbərlik etdiyi YAP-a olan sonsuz inamını daha da gücləndirir”.
Tədbirdə çıxış edən seçicilər noyabrın 1-də seçki məntəqələrinə gələrək YAP-ın namizədi Tahir Mirkişiliyə səs verəcəklərini bəyan ediblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

