Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin ofisində “Heydər Əliyev siyasi irsinin öyrənilməsi” layihəsinin açılış mərasimi keçirilib

YAP Gənclər Birliyinin ofisində “Heydər Əliyev siyasi irsinin öyrənilməsi” layihəsinin açılış mərasimi keçirilib

06.12.2016 [09:42]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin qalibi olmuş “Heydər Əliyev siyasi irsinin öyrənilməsi” adlı layihənin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin koordinatoru Aliyə Ağrılı açıb və layihənin əhəmiyyəti haqqında fikirlərini bildirib.
Sonra layihə rəhbəri Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Heydər Əliyev irsini gənclərə aşılamaqdan ibarətdir. O bildirib ki, Ümummilli lider Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib. Mövzunun gənclər üçün maraqlı olduğunu deyən C.Fərzəliyev bu nöqteyi-nəzərdən “Heydər Əliyev siyasi irsinin öyrənilməsi” adlı layihənin aktual olduğunu qeyd edib.
Sonra “Heydər Əliyev siyasi irsinin öyrənilməsi” adlı layihənin açılış mərasimində BDU-nun doktorantı Anar Həmidov çıxış edib. Tədbirin sonunda layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 995 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30