/ / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib
23.02.2017 [10:07]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Xocalı faciəsi barədə ətraflı məlumat verib. O, Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova erməni qəsbkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətləri barədə danışaraq, Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşasına yönəlmiş uğurlu addımların öz bəhrəsini verdiyini, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini diqqətə çatdırıb.
Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva çıxışında Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova çıxışında bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, XX əsrdə bütün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciəli hadisədir. Bu, bütün bəşəriyyətə olan qəsddir və erməni vandalizminin, erməni vəhşiliyinin açıq-aydın göstəricisidir.
Tədbirdə çıxış edən fəal gənclərdən Günay İmanova da Xocalı soyqırımının bəşəri bir faciə olduğunu vurğulayıb. O qeyd edib ki, bu günün gəncləri Xocalı faciəsini heç vaxt yaddan çıxarmayacaqlar və Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə hər an döyüşə atılmağa hazırdırlar. Azərbaycan gənclərinin üzərinə düşən əsas vəzifələrdən biri də məhz Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaqdır.
Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynayır.
Sonda 291 saylı Ekologiya Liseyinin şagirdləri tərəfindən Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş bədii kompozisiya nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

