/ / YAP Suraxanı rayon təşkilatında “Böyük zəfərlərin carçısı - İlham Əliyev!” mövzusunda tədbir keçirilib
YAP Suraxanı rayon təşkilatında “Böyük zəfərlərin carçısı - İlham Əliyev!” mövzusunda tədbir keçirilib
12.04.2019 [09:53]
Aprelin 11-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin bir illiyinə həsr olunmuş “Böyük zəfərlərin carçısı - İlham Əliyev!” adlı tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov son prezident seçkilərindən ötən bir il ərzində Azərbaycanda bütün sahələr üzrə inkişafın qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu müddətdə Prezident İlham Əliyev milli maraqlarımıza əsaslanan dövlət siyasətini uğurla davam etdirib. V.Seyidov bu dövrdə Suraxanı rayonunda da həyata keçirilən quruculuq işləri barədə məlumat verib.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu son prezident seçkilərindən ötən bir ilin Azərbaycan üçün çox uğurlu il olduğunu bildirib. O qeyd edib ki, bu fakt keçirilən rəy sorğularında da özünün təsdiqini tapır. Elə bu yaxınlarda Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələri də deyilənləri təsdiqləyir. Millət vəkilinin sözlərinə görə, bütün sorğu istiqamətləri üzrə Azərbaycan Prezidentinin fəaliyyətinin sorğuda iştirak edən respondentlər tərəfindən yüksək qiymətləndirilməsi və əsas məsələlərdə rəy bildirənlərin ölkə başçısının fəaliyyətini təqribən 90 faiz ətrafında müsbət dəyərləndirməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır: “Bu kontekstdə önə çıxan başlıca məsələlərdən biri isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir. Burada rəyi soruşulanların 90 faizdən çoxu sabitliyin qorunmasını yüksək qiymətləndirdiklərini bildirirlər. Bu cür yanaşma sıravi azərbaycanlının strateji düşünmə bacarığının olmasından xəbər verir və məsələni obyektiv qiymətləndirir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkündür. İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da regionlarımızın inkişafı daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl Dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır”.
Ölkəmizdə sosial sahədə inqilabi islahatların aparıldığını deyən Hikmət Babaoğlu söyləyib ki, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əməkhaqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlər məsələsinin həll olunması və digər bu kimi işlər vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır.
Bu dövrdə Azərbaycanın xarici siyasət kursunun da uğurla davam etdirildiyini deyən natiq dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyinin dəyişməz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə həm diplomatik, həm də hərbi üstünlük Azərbaycanın tərəfindədir.
Tədbirdə çıxış edən şəhid anası Saray Quliyeva dövlətimizin, şəxsən Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. O, şəhid ailələrinin dövlətimizin başçısının siyasətini birmənalı şəkildə dəstəklədiyini qeyd edib.
Fəal gənc Arzu Məmmədli isə çıxışında dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən danışıb. O, Azərbaycan gəncliyinin dövlət başçısının ətrafında sıx birləşdiyini söyləyib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, hərtərəfli inkişaf ölkəmizin milli gücünün artmasını təmin edib: “Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Təkcə 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanın dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkə vətəndaşlarının gəlir imkanlarının artırılmasına hesablanan bir sıra Fərman və sərəncamlar imzalayıb”.
E.İbrahimov deyib ki, dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. YAP İdarə Heyətinin üzvü həmçinin iqtisadiyyatda, o cümədən qeyri-qeft sektorunda, kənd təsərrüfatında əldə olunan müsbət nəticələri faktlarla diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf etdiyini, beynəlxalq müstəvidə rolunun gücləndiyini bildirib. Onun sözlərinə görə, 2003-2018-ci illərdə ölkəmizdə ÜDM 3,3 dəfə, qeyri-neft sektoru 2.8 dəfə artıb və bu inkişaf göstəriciləri bütün sahələri əhatə edir. Azərbaycanın qlobal layihələrin müəllifi olduğunu deyən İ.Abbasov qeyd edib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri bu faktı təsdiqləyir. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ölkəmizin beynəlxalq müstəvidə əhəmiyyətini artırır.
İ.Abbasov Suraxanı rayonunda həyata keçirilən quruculuq işləri haqqında da məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev dövlət başçısı kimi Suraxanıya 35 səfər edib. Bu səfərlərin hər biri quruculuq və inkişafı özündə ifadə edir. İcra başçısı hazırda da rayonda görülən abadlıq və quruculuq işləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir öz işini ədəbi-bədii hissə ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

