Məleykə Ağayeva: Azərbaycan dövlətinin pandemiya ilə səmərəli mübarizəsi uğurlu nəticələr verir
11.09.2020 [09:30]
“Bu gün Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə, ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva deyib.
M.Ağayeva bildirib ki, Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərini gözə alaraq vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz bu məqsədlərə xidmət edirdi.
Onun sözlərinə görə, qısa dövrdə səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu, yeni laboratoriyalar formalaşdırıldı, 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı, 575 çarpayılıq “Yeni Klinika” fəaliyyətə başladı: “Eləcə də Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verildi. Bu günlərdə isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 820 yerlik modul tipli növbəti hospitalın açılışı oldu. Bu tədbirlər virusun geniş yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndirilməsinə şərait yaratdı. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik. Bu dinamikanı qoruyub saxlamaq üçün karantin rejimin tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir”.
“Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər haqqında bildirib ki, bu istiqamətdə bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Digər çox mühüm məsələ isə odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 8-dən sərt karantin rejimini yüngülləşdirdi. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatında və sosial sahədə yeni bir canlanma olacaq. Lakin karantin rejiminin yumşalması bizdən daha məsuliyyətli olmağı və COVID-19 pandemiyasından daha ciddi şəkildə qorunmağımızı tələb edir. Biz bu şərtləri bir vətəndaşlıqvəzifəsi kimi yerinə yetirməliyik. Çünki COVID-19 gözə görünməyən çox ciddi düşməndir”, - deyə M.Ağayeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

