YAP Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində olublar
23.07.2021 [09:21]
İyulun 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-nun akt zalında keçirilən görüşdə bu ali təhsil ocağı ilə tanışlığı özündə əks etdirən videoçarxın nümayişindən sonra rektor Elçin Babayev gənclərə 102 yaşı olan universitetin keçdiyi şərəfli yoldan geniş söhbət açıb.
Ali təhsilin flaqmanı, ölkədə cərəyan edən ictimai-siyasi proseslərin önündə gedən mötəbər elm ocağını bütün dünyada tanıdan məqamlara diqqət yönəldən Elçin Babayev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev BDU-nun məzunu olub. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü nəinki ölkə, dünya miqyasında etiraf olunur. Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir, qiymətli xəzinəsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
E.Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, yeni inkişaf strategiyası ilə Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyev Heydər Əliyevin ideyalarının carçısı, o ideyaları reallaşdıran qüdrətli bir şəxsiyyətdir.
Rektor Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə təsis edilməsindən, ötən müddət ərzində şərəfli yol keçərək Azərbaycanın davamlı uğurlarında öz payı olmasından da bəhs edib. Bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əməkdaşlıqdan məmnunluq hissi keçiririk.
O da bildirilib ki, xalqımızın milli iftixarı olan Bakı Dövlət Universitetində çox vacib addımlar atılır. Çünki universitet yarandığı dövrdən hər zaman ali təhsilin flaqmanı olub. Bu gün də universitetdə böyük əhəmiyyətli işlər görülür, islahatlar həyata keçirlir, ali təhsil ocağı öz gözəl ənənələrinə hər zaman sadiqdir. Dövlət başçısı İlham Əliyevin BDU-nun 100 ilik yubileyində söylədiyi “Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir” fikrini önə çəkən rektor qeyd edib ki, universitetin minlərlə məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər vardır.
Rektor bu məqamı xüsusi qeyd edib ki, hər bir ali təhsil ocağı gənclərə təhsil, bilik, savad verməklə yanaşı, onların bir vətəndaş kimi kimi yetişməsində mühüm rol oynayır: “Gənclər vətənpərvər olmalıdırlar. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz dövlətimizin qətiyyəti, ordumuzun gücü ilə yanaşı, gənclərimizin Vətən, torpaq sevgisini nümayiş etdirdi. Bugünkü gənclərimizin mütləq əksəriyyəti bu meyarlara cavab verir-bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə universitetin rektoru Elçin Babayevə təşəkkür edib. Partiyanın gənclər siyasətindən, təhsilin və innovasiyaların gənclərin həyatında rolundən bəhs edən B.İslamov əminliyini ifadə edəb ki, yeni formatda qurulacaq əməkdaşlıq gənclərimizin daha geniş bilik əldə etmələrinə şərait yaradacaq.
Görüşdə bu fikir də önə çəkilib ki, məqsəd yalnız partiya üzvləri ilə deyil, partiya mənsubiyyəti olmayan digər fəal gənclərlə də əməkdaşlıq etmək, onların fikirlərini öyrənmək, yeni yanaşmalarını diqqətdən keçirməkdir.
Görüşdə ətraflı müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

