İlham Əliyev Heydər Əliyevin milli ideoloji kursunu uğurla davam etdirir
23.12.2022 [18:08]
"Dövlət başçısı İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Prezident seçkisində Azərbaycan xalqının mütləq əksəriyyətinin yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ümummilli lider Heydər Əliyevin siyasətinə olan inamının, etibarının və etimadının göstəricisidir. Dahi şəxsiyyətin siyasi varisi olaraq cənab İlham Əliyevin bu qalibiyyəti sayəsində yeni inkişaf mərhələsinin təməli qoyuldu və bu gün ümummilli lider, müasir və müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin siyasi xətti, zəngin və milli maraqlara xidmət edən milli ideoloji kursu uğurla davam etdirilir. Məhz bu siyasi strategiyanın dövlət başçısı İlham Əliyev tərəfindən uzaqgörənliklə və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, ulu öndərin arzuladığı kimi Azərbaycan dünyaya günəş kimi doğur”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə 2003-cü ildən başlayan və bu günədək davam edən inkişaf dövründə dövlətimiz və xalqımız bir çox uğurlara nail olub. İstər xarici, istərsə də daxili siyasi kursun uğurla həyata keçirilməsi ilə bütün sahələrdə yüksək tərəqqi əldə olunub. Dövlətin idarəedilməsində yüksək peşəkarlıq, müdrik və uzaqgörən siyasət, mütəmadi həyata keçirilən islahatlar, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi, sosial, mədəni həyatımızda baş verən müvəffəqiyyətlər deyilənləri sübut edir. İqtisadi, siyasi sahədə qazanılan nailiyyətlər, reallaşdırılan regional və daha irimiqyaslı layihələr nəticəsində Azərbaycan dünyanın inkişaf tempinə görə ən çox irəliləmiş ölkələri sırasındadır. İqtisadi artım tempinə görə liderliyini qoruyan dövlətimizin uğurları dünyanın müxtəlif aidiyyatı qurumları tərəfindən təqdim edilən hesabatlarda qeyd olunur. Xüsusilə neft və enerji sektorundakı islahatlar, dünya dövlətləri ilə əməkdaşlıq ölkəmizin dünyadakı rolunu və nüfuzunu xeyli artırıb.Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində olduqca mühüm rol oynayır.
İqtisadi uğurların əldə olunması inamlı addımların və uğurlu qərarların əsasında duran təhsil, səhiyyə sahələrində, eləcə də xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində sosialyönümlü islahatların reallaşdırılmasında əsas rol oyanayır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib: “Görülən bütün işlərin fonunda dövlət başçısı İlham Əliyev dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalıb. Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı yaradıb. Gələcəyə hesablanmış dövlət siyasəti dövlət siyasətinin müasir modelini formalaşdırıb. Beynəlxalq təşkilatların fəaliyyətindətəmsilçilik yüksək səviyyədə və dövlətimizin maraqlarına cavab verəcək şəkildə davam etdirilir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, dövlət-xalq-iqtidar birliyi, həmrəyliyiuğurlarımızın əsas amillərindən biridir. Bir sözlə, milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu”.
Rayon təşkilatının sədrinin sözlərinə əsasən, xüsusilə bu birlik və həmrəylik, dövlətimizin qətiyyəti və qüdrəti sayəsində 30 ilə yaxın erməni işğalı altında olan tarixi torpaqlarımız azad edildi. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyümüz bərpa edildi. Bizlərə bu sevinci və qüruru yaşadan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli ordumuza, xalqımıza, qəhrəman övladlarımıza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
08 Fevral 10:25

MEDİA
08 Fevral 10:23

Siyasət
08 Fevral 10:21

Xəbər lenti
08 Fevral 10:17

Siyasət
08 Fevral 10:14

İqtisadiyyat
08 Fevral 10:07

Xəbər lenti
08 Fevral 09:28

Xəbər lenti
08 Fevral 09:24

Xəbər lenti
07 Fevral 23:43

Xəbər lenti
07 Fevral 23:03

Xəbər lenti
07 Fevral 21:37

YAP xəbərləri
07 Fevral 20:21

Xəbər lenti
07 Fevral 20:18

Gündəm
07 Fevral 20:13

Xəbər lenti
07 Fevral 19:36

Xəbər lenti
07 Fevral 18:30

Xəbər lenti
07 Fevral 17:56

Xəbər lenti
07 Fevral 17:26

Xəbər lenti
07 Fevral 17:24

Xəbər lenti
07 Fevral 17:13

Xəbər lenti
07 Fevral 17:09

Xəbər lenti
07 Fevral 17:00

Xəbər lenti
07 Fevral 16:50

Xəbər lenti
07 Fevral 16:41

Xəbər lenti
07 Fevral 16:31

Xəbər lenti
07 Fevral 16:27

Xəbər lenti
07 Fevral 16:11

Xəbər lenti
07 Fevral 16:09

Xəbər lenti
07 Fevral 15:59

Xəbər lenti
07 Fevral 15:42

Xəbər lenti
07 Fevral 15:22

Xəbər lenti
07 Fevral 15:07

İqtisadiyyat
07 Fevral 14:27

Gündəm
07 Fevral 14:17

Dünya
07 Fevral 14:03

Xəbər lenti
07 Fevral 13:46

Xəbər lenti
07 Fevral 13:39

Xəbər lenti
07 Fevral 13:31

Xəbər lenti
07 Fevral 13:05

Dünya
07 Fevral 12:59

Xəbər lenti
07 Fevral 12:53

Xəbər lenti
07 Fevral 12:49

Xəbər lenti
07 Fevral 12:32

Xəbər lenti
07 Fevral 11:50

Xəbər lenti
07 Fevral 11:43

Xəbər lenti
07 Fevral 11:41

Xəbər lenti
07 Fevral 11:39

Xəbər lenti
07 Fevral 11:38

Xəbər lenti
07 Fevral 11:37

Siyasət
07 Fevral 11:35

Xəbər lenti
07 Fevral 11:20

Xəbər lenti
07 Fevral 11:11

Xəbər lenti
07 Fevral 11:06

Xarici siyasət
07 Fevral 11:01

Analitik
07 Fevral 10:57

Xarici siyasət
07 Fevral 10:52

Analitik
07 Fevral 10:49

MEDİA
07 Fevral 10:45

Xəbər lenti
07 Fevral 10:42

İqtisadiyyat
07 Fevral 10:40

Xəbər lenti
07 Fevral 10:36

Siyasət
07 Fevral 10:31

Gündəm
07 Fevral 10:23

Siyasət
07 Fevral 10:13

Xəbər lenti
07 Fevral 09:45

Xəbər lenti
07 Fevral 09:33

Xəbər lenti
07 Fevral 09:30

Xəbər lenti
07 Fevral 09:27

Xəbər lenti
07 Fevral 00:07

Xəbər lenti
06 Fevral 23:05
