Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Fiziki cəhətdən sağlam gənclik mənəvi cəhətdən də sağlam olur

Fiziki cəhətdən sağlam gənclik mənəvi cəhətdən də sağlam olur

10.01.2023 [14:56]

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxış edərək ötən illərin yekunlarından danışmış,  idman sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmişdir. Cənab prezident qeyd etmişdir ki, “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”

Bütün bunlar göstərir ki, Azərbaycanda idman və gənclər siyasəti düzgün qurulub. Dövlətin bu sahəyə qayğısı və diqqəti dinamik xarakter daşıyır. Bütün bölgələrdə keçirilmiş sisilə idman yarışları, gənclərin, xüsusən yeniyetmələrin, idmana cəlb edilməsi  gənc nəslin  tərbiyəsində mühüm əhəmiyyətə malikdir. İndi respublikamızın elə bir bölgəsi yoxdur ki, orada İdman və Olimpiya kompleksləri olmasın. Bu da gələcəkdə idmana və gənclərin sağlam böyüməsinə yönəlik siyasətin tərkib hissəsidir. Dövlət başçımızın tədbirdə qeyd etdiyi “Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq” fikri gələcəkdə dövlətin bu sahəyə daha çox vəsait ayıracağından, sağlam və ləyaqətli gəncliyin inkişafı üçün bütün resurslardan istifadə ediləcəyinin anonsudur. Çünki sağlam gənclik, güclü ordu, vətənpərvər əsgər və zabit deməkdir.  “İdman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər” deyən cənab Prezident  bir daha tarixi qələbəmizin qazanılmasında gəncliyin rolunu yüksək qiymətləndirdi:”İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi-bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.”

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31