2 fevral Gənclər günü qeyd olunub
01.02.2023 [11:37]
30 yanvar tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Azərbaycan Respublikası Milli Məclisin deputatları Hikmət Babaoğlu, Vüqar İskəndərov (xaricdə ezamiyyətdə olduğu üçün online qoşulub), Bakı Şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Toğrul Məmmədəli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Nəcəfzadə, "EMEDİA GROUP" media təşkilatının rəhbəri Elşən Əliyev və fəal gənclər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin və ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dövlətimizin gənclərə olan diqqət və qayğısını özündə əks etdirən qısa video-çarx tədbir iştirakcılarına təqdim olunub.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev açaraq 2 fevral Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir. Təşkilat sədri Samir Vəliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını bildirib. Əlavə edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və bu gün də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzindədir.
Daha sonra Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən millət vəkili Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Deputat Hikmət Babaoğlu gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəli olduğunu bildirərək, ölkədə dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin intellektual səviyyəli kadrların hazırlığından asılı olduğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov xaricdə ezamiyyətdə olduğu üçün video müraciətlə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Həmçinin, tədbirdə Bakı Şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Toğrul Məmmədəli, Vətən müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Nəcəfzadə, "EMEDİA GROUP" media təşkilatının rəhbəri Elşən Əliyev nitq söyləyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşdığını və onların ölkənin ictimai-siyasi həyatında böyük rol oynadığını vurğulayıblar. Natiqlər Ümummilli Lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, bugün də eyni siyasi xəttin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, gənclərin və xalqın əvəzsiz Lideri, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini diqqətə çatdırıblar.
Son olaraq "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək gəncləri təbrik edib və qonaqlara tədbirdə iştirakları üçün təşəkkürünü bildirib.
Qeyd - Sosial Maarifləndirmə İctimai Birliyinin bir qrup gənci aktiv fəaliyyətinə görə diplom, sertifikat və təşəkkürnamə ilə təltif olunub. Eyni zamanda, hər zaman gənclərə dəstək olduğuna görə rəsmi qonaqlara da Fəxri fərmanlar təqdim olunub.
Sonda xatirə şəkli çəkilib .
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

