Azərbaycanda hasilatın çoxalması qaz ixracını artırmağa imkan verir
13.02.2023 [10:37]
Azərbaycan uzun illər ərzində Avropa ölkələrinin enerji təhlükəsizliyinə imkan yaradan əsas tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu sahədə səmərəli əməkdaşlıq üçün mühüm tədbirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edərək, görülən işlər barədə məlumat vermiş və gələcək addımların planlaşdırılmasının zəruriliyiyini qeyd etmişdir.
Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı səmərəli münasibətləri inkişaf etdirməklə böyük iş görüb və özünü enerji sahəsində mühüm və etibarlı tərəfdaş kimi təsdiqləyib. Eyni zamanda son zamanlar dünyada baş verən geosiyasi proseslər Avropa üçün tərəfdaşlığımızın önəmini artırmaqdadır.
Əsrlərdən bəri neft diyarı kimi tanınan Azərbaycan son illərdə özünü dünyaya həm də qaz ixrac edən ölkə kimi təqdim edə bilib. Bu da ölkədə yeni qaz yataqlarının kəşf edilməsi və çıxarılan mavi yanacağın digər ölkələrə də satışı nəticəsində mümkün olub.
Təbii qaz təchizatı, marşrutlarının şaxələndirilməsi və enerji bazarlarına etibarlı qaz ixracının təmin edilməsi qaz istehsalçıları və istehlakçılarının əsas hədəfləridir. Bu baxımdan Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin tamamlanması Azərbaycanın müxtəlif enerji bazarlarına təbii qaz tədarük etməsinə və eyni zamanda Xəzər regionundakı mövqeyinin möhkəmlənməsinə imkan yaratmış oldu.
Cənub qaz dəhlizinin əhəmiyyətini indi Avropada daha çox görürlər. Çünki qaz böhranı Avropanı böyük dərəcədə sarsıtdı. Cənab Prezident bildirdi ki,Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.
Azərbaycanda təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. 2023-cü ildə qaz ixracının artırılaraq 24,5 milyard kubmetr olması gözlənilir. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin qazın ixrac coğrafiyasın genişləndirir.
Qaz ixracını artırmaq üçün Azərbaycan yetərli təbii qaz resurslarına malikdir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, təbii qaz ehtiyatlarımız bizi və tərəfdaşlarımızı ən azı 100 il təmin edəcəkdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

