Heydər Əliyevin 100 illiyinə həsr olunmuş agacəkmə aksiyası keçirilib
10.03.2023 [18:03]
Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi Heydər Əliyev prospekti ətrafında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. “Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlam da Ulu Öndər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş, bu sahədə çox önəmli addımlar atılmışdır. Bu gün də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə gördüyü işlər ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə olmaqla xalqımız tərəfindən yüksək dəyərləndirilir. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi Laçın rayonunda da silsilə tədbirlər davam etdirilir. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir cari ilin mart ayının 10-da rayonun idarə-müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü ərazisində keçirildi. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, QHT nümayəndələri və könüllülər iştirak edirdilər.Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı yaşıllıqların salınması və qorunması hissini gənc nəslə aşılamaq onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək, həmçinin laçınlıların Ulu Heydər Əliyev ənənələrinə daim sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmək olmuşdur.Aksiya zamanı sözügedən ərazidə 200-dən çox eldar şamı əkilib və ərazidə olan ağaclara qulluq göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

