Laçına həyat qayıdır
03.04.2023 [10:47]
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Laçın rayonu Azərbaycanın nəzarətinə həm hərbi əməliyyatlar, həm də siyasi yollarla qaytarılmış rayonlarımızdan biridir. Belə ki, rayonun cənub hissəsini - Güləbird və digər bir neçə kəndi rəşadətli ordumuz döyüşərək, vuruşaraq azad etdi. Daha sonra Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində rayon, eləcə də Laçın şəhəri ölkəmizin nəzarətinə keçdi. İşğaldan azad edilmiş hər bir bölgəmizdə olduğu kimi hazırda Laçın rayonunda da geniş bərpa-quruculuq işləri həyata keçirilir.
Prezident cənab İlham Əliyev Laçın rayonunda xüsusi nümayəndə təyin etdiyi Məsim Məmmədovu qəbul edərkən lazımi tapşırıqlar verməklə yanaşı görülən işlər haqqında da geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, Laçında həyata keçirlən bərpa-quruculuq işləri ilə bərabər təhlükəsizlik məsələri də yüksək səviyyədə təmin olunur. Rayonunun yenidən qurulması ilə bağlı işlərə müharibə başa çatan kimi başlanılsa da Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan etibarən həyata keçirilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Həmçinin çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur. Bundan əlavə, 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlərin cari ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. İşlər yekunlaşdıqca keçmiş köçkünlərin də Laçına qayıdışı təmin olunacaq. Belə ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Hazırda Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.
Prezident cənab İlham Əliyev bildirdi ki, bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkün yerləşdiriləcək. Artıq Baş planı təsdiq olunan Güləbird kəndində birinci mərhələdə 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.
İnsanların Laçına qayıdıb rahat şəraitdə yaşamaları üçün şəhərin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, şəhərin bütün daxili yolları yenidən qurulur. Çox füsunkar təbiəti - meşələri, dağları, çayları olan Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Bir sözlə, həyata keçirilən genişmiqyaslı işlər nəticəsində Laçın, nəinki ölkə, dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək.
Prezident cənab İlham Əliyevin Laçın rayonunda xüsusi nümayəndə təyin etdiyi Məsim Məmmədova verdiyi mühüm tapşırıqlardan biri də rayonda ətraf mühitin qorunması ilə bağlı məsələ oldu. Ölkə başçısı bildirdi ki, Laçına qayıdacaq hər bir keçmiş məcburi köçkün ətraf mühiti qorumalıdır. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalı, bir sözlə, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

