YAP ölkəmizin ən güclü siyasi qüvvəsidir
26.01.2012 [01:34]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının VII konfransı keçirilib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Ə.Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin həyat yolu keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. “Yeni Azərbaycan Partiyasının yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası - cəmiyyətimizdə sülh və əmin-amanlığın bərpası, demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, hüquqi demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Dövlətçiliyimizin təşəkkülü, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar, birmənalı demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bağlıdır. Bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki danılmaz qələbələrinin hamısı Yeni Azərbaycan Partiyası, Ulu öndər Heydər Əliyevin adı və şərəfli zəhməti nəticəsində əldə edilib. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının rolu ölkəmizin ictimai həyatında olduqca əhəmiyyətlidir”.
Rayon təşkilatının sədri vurğulayıb ki, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir.
Ə.Hüseynovun sözlərinə görə, YAP Zəngilan rayon təşkilatı 1757 nəfər üzvü birləşdirir. İlk təşkilatların sayı isə 51-dir. Təşkilat üzvlərinin 600 nəfərdən çoxu qadınlar, 400 nəfərə yaxını isə gənclərdən ibarətdir. O qeyd edib ki, ötən konfransdan keçən dövr ərzində təşkilatın sıralarına yeni üzvlər qoşulub. Ə.Hüseynov bildirib ki, hesabat dövrü ərzində təşkilat ictimai-siyasi proseslərdə, o cümlədən, seçkilərdə fəal iştirak edib. Eyni zamanda, konfransdan ötən müddət ərzində gənclər arasında təbliğat işləri güclənib, onların partiya sıralarına qəbulu artıb. Onun sözlərinə görə, Zəngilan əhalisi məcburi köçkün həyatı yaşadığı üçün təşkilat üzvləri ölkənin 48 rayonunda məskunlaşıb.
Tədbirdə rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Hidayət Həsənov da hesabatla çıxış edib.
Konfransda YAP Zəngilan rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Osmanova, Gənclər Birliyinin sədri Şamil Əliyev, partiya fəallarından Həsən Ələkbərov, Tofiq İskəndərov və Ənvər Məmmədov çıxış edərək YAP-ın ölkəmizdəki ictimai-siyasi rolunu yüksək dəyərləndiriblər. çıxışlarda Azərbaycan dövlətinin məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Natiqlər, həmçinin, YAP Zəngilan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən R.Həsənov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük uğurlar qazanıldığını vurğulayıb. İcra başçısı qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısının davamlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Zəngilan əhalisi Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarına qayıdacaqlarına inanır.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. M.Qurbanlı çıxışında YAP-ın yaranma tarixindən və ötən dövrdə partiyanın əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, partiyanın yaranması həqiqətən də çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP İcra katibinin müavini 560 min üzvü olan partiyanın ölkənin ən güclü siyasi qüvvəsi olduğunu vurğulayıb. O, həmçinin, təşkilat üzvlərinə qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verib. Gələn il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini deyən M.Qurbanlı bu seçkilərdə YAP-ın namizədinin cənab İlham Əliyev olacağını deyib.
M.Qurbanlı dövlətimizin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığını da vurğulayıb: “Prezident İlham Əliyev hələ 2003-cü ildə seçki kampaniyası zamanı Azərbaycanda çadır şəhərciklərinin ləğv olunacağını bəyan etmişdi. O vədinə əməl etdi və bu gün müasir qəsəbələr istifadəyə verilib. Hazırda münaqişənin həlli istiqamətində danışıqlar gedir. Azərbaycan tərəfi işğalçı Ermənistanı taqətdən salmaq siyasətini davam etdirir. Bu gün Ermənistan dərin böhran içərisindədir və ona dəstək verənlər təcavüzkarı sona qədər yedəyində apara bilməyəcək”.
Konfransda, həmçinin, təşkilati məsələlərə baxılıb, Əsəd Hüseynov yekdilliklə yenidən YAP Zəngilan rayon təşkilatının sədri seçilib. Həmçinin, təşkilatın Şurasının, İdarə Heyətinin və Nəzarət Təftiş Qrupunun üzvləri də müəyyənləşib.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

