Bakıda keçirilən regional iqlim seminarı başa çatıb
27.09.2024 [21:52]
Kənd Təsərrüfatı Nazirliyində “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən regional iqlim seminarı kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələrlə davam edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarın üçüncü günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqlim dayanıqlılığını artırmaq üçün iqlim alətləri, qadınların aqrar sektorda məşğulluq səviyyəsinin artırılması mövzularına həsr olunub.
FAO-nun iqlim riskləri üzrə mütəxəssisi Arianna Gialetti fermerlərin iqlim dəyişikliyi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məsələsinə toxunub. Mütəxəssis bildirib ki, iqlim dəyişiklikləri probleminin həlli genişmiqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir. Bunu əsas gətirən FAO rəsmisi hesab edir ki, iqlim dəyişikliyi ilə bağlı fermerlərin mütəmadi maarifləndirilməsi aqrar fəaliyyətə, son nəticədə məhsuldarlığa müsbət təsir göstərir.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının gender üzrə mütəxəssisi Marianna Bicchieri aqrar sahədə qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsinin, onların məşğulluq səviyyəsinin artırılmasının, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının vacib olduğunu diqqətə çatdırıb. O, gender bərabərliyinin qorunması, qadın fermerlərin və sahibkarların dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsinin mühüm olduğunu vurğulayıb.
FAO-nun Rəqəmsal kənd təsərrüfatı üzrə rəhbəri Daniela Digianantonio çıxışında aqrar sahədə rəqəmsallaşmanın əhəmiyyətinə toxunub. O, aqrar sahədə rəqəmsallaşdırmanı iqlim dəyişikliyinə dayanıqlığı və müqaviməti formalaşdıran ən mühüm amil adlandırıb. Qeyd edib ki, yeni texnologiyaların tətbiqi ilə fermerlər daha düzgün məlumat əldə edir və təbiət hadisələri ilə bağlı əvvəlcədən xəbərdar olurlar. Bu isə son nəticədə kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verir.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdir müavini Aynur Qurbanlı Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqindən danışıb. O, EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verdiyi üstünlüklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. Assosiasiya sədri fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı görülən işlər barədə təqdimatla çıxış edib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı COP29 öncəsi belə seminarların təşkilinin mühüm olduğunu diqqətə çatdırıb. AKİA rəsmisi qeyd edib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. O, FAO ilə birgə əməkdaşlığa, xüsusilə iqlim dəyişikliyi və rəqəmsallaşma ilə bağlı icra olunan layihələrin əhəmiyyətinə toxunub.
Tədbirin sonunda çıxış edən FAO-Azərbaycan Ofisinin rəhbərinin müavini Bariz Mehdiyev iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində çoxtərəfli müzakirələrin və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. O, aktual mövzular ətrafında aktiv müzakirələrin aparıldığı bu seminarın aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05