Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bütün seçki məntəqələri daşınan seçki qutuları ilə təmin edilib

Bütün seçki məntəqələri daşınan seçki qutuları ilə təmin edilib

29.01.2024 [15:20]

“Səsvermə prosesində daşınmaz seçki qutuları ilə yanaşı, daşınan seçki qutularından da istifadə həmin seçkinin qanunvericiliyə və demokratik prinsiplərə uyğun baş tutmasını şərtləndirən amillərdəndir. Çünki qanun sağlamlıq imkanı məhdud olan şəxslərin də səsvermə hüququnun təmin edilməsini tələb edir. Respublika üzrə bütün seçki məntəqələri daşınan seçki qutuları ilə təmin edilib”. Bunu secki-2024.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib.

MSK katibi qeyd edib ki, Azərbaycanda keçirilən seçkilərdə daşınan seçki qutularından istifadə təcrübəsi 2003-cü ildən etibarən tətbiq edilir: “Bu, həm sağlamlıq məhdudiyyəti olan seçicilərin səsvermə hüququnun təmin edilməsinə, həm də seçki aktivliyinə şərait yaradır. Heç bir seçici hansısa səbəbə görə səsvermə prosesindən kənarda qalmır”.

M.Rəhimov daşınan seçki qutularından istifadənin Seçki Məcəlləsinin tələbi olduğunu və bundan istifadə qaydalarının hazırlandığını deyib.

“Sağlamlığı seçki məntəqəsinə gəlməyə imkan verməyən seçicilər səsvermədən bir gün öncə məntəqəyə müraciət edir. Seçki günü məntəqənin iki nümayəndəsi daşınan seçki qutusunu müraciət edən seçicinin ünvanına aparır və onun səsvermə hüququ təmin edilir. Artıq bütün seçki məntəqələrində daşınan seçki qutuları var və səsvermə günü sağlamlıq imkanı məhdud olan şəxslərin səsvermə hüququ təmin ediləcək” - deyə, MSK katibi vurğulayıb.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31