Kiyevin NATO-ya yolu bağlıdır
25.02.2025 [10:12]
İllər öncə Ukraynaya vəd verilsə də, hələ namizədlik statusunu da ala bilməyib
Rusiya-Ukrayna müharibəsinin başlanmasının üç ili arxada qaldı. Bu dövr ərzində hər iki tərəf ağır itkilər verib. Hazırda isə müharibənin tezliklə başa çatması ilə bağlı ümidlər artıb. Belə ki, yanvar ayında vəzifəsinə başlayan ABŞ-ın yeni dövlət başçısı Trampın əsas hədəflərindən biri qısa müddət ərzində Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasıdır. Tramp sülh üçün Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini deyib və Zelenskini “diktator” adlandırmaqdan çəkinməyib. Nəzərə alaq ki, müharibə səbəbindən Ukraynada prezident seçkilərinin keçirilməsi təxirə salınıb.
Zelenski NATO-ya üzvlük naminə istefa verməyə hazırdır
Lakin rəsmi Kiyev Trampın sülh planına birmənalı mövqe bildirmir. Hələ ki, Ukrayna hökuməti sülh üçün öz istəklərinin də qəbul olunmasına çalışır. Bu məqsədlər arasında NATO-ya üzvlük əsas yer tutur. Zelenski Ukrayna üçün sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb. O, bu fikirlərini Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib. “Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm”, - deyə Zelenski jurnalistlərin sualına cavab olaraq bildirib.
Zelenski, həmçinin ABŞ Prezidenti Trampın münaqişənin ədalətli həllinə çalışdığna inandığını söyləyib: “Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir”. Zelenski bildirib ki, münaqişənin tənzimlənməsində ABŞ-la yanaşı Avropa ölkələri də iştirak etməlidir. “Mən Donald Trampla münaqişənin həllinə dair dialoq aparmaq istəyirəm”, - deyə Zelenski əlavə edib. Ukrayna Prezidenti öz mövqeyini Avropa İttifaqının liderləri ilə Kiyevdə görüşü zamanı da səsləndirib.
Tramp administrasiyası “yox” deyir
Bəs Ukraynanın NATO-a üzvlüyü nə dərəcədə realdır? Ukraynanın NATO-ya üzv olmaq ümidləri getdikcə azalır. Rusiya ilə müharibədən əvvəl və müharibə dövründə bu barədə Qərb dövlətləri tərəfindən dəfələrlə vəd verilsə də, yerinə yetirilmir. Bir sıra NATO ölkələri, o cümlədən ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin müraciətlərinə müsbət cavab verməyə və Rusiya ilə birbaşa münaqişədən çəkinərək Kiyevi dərhal alyansa dəvət etməyə hazır deyil. Konkret olaraq, Tramp administrasiyası Ukraynanın NATO-a üzvlüyünə “yox” deyir. Nəzərə alaq ki, Trampdan əvvəl Bayden administrasiyası Kiyevə milyardlarla dollar həçmində hərbi yardım göstərsə də, NATO-ya üzvlük məsələsində “tələsməməyi” zəruri sayırdı.
Fidan: Realist olmaq lazımdır
Bugünlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da “Bloomberg”ə müsahibəsində bildirib ki, Kiyevin NATO-ya üzvlük məsələsində realist olmaq lazımdır: “Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”. Onun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüklə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə müzakirələrini də başa düşmək lazımdır: “Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir”.
Qeyd edək ki, V.Zelenski hələ ötən il elan etdiyi qələbə planında da Ukraynanın NATO-ya üzvlüyü əsas yer tutur. Lakin Qərbin bu məsələdə Kiyevə dəstəyi vəddən o tərəfə keçməyib. Ukrayna lideri hələ ötən il oktyabrın 17-də qələbə planını təqdim etmək üçün Brüsseldə olarkən Baş katib M.Ruttedən alyansa üzvlüklə bağlı konkret dəstək ala bilməmişdi. M.Rutte də Avropa İttifaqının liderləri kimi onu demişdi ki, Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və alyansın 33-cü və ya 34-cü üzvü olacaq. “Hazırda Ukraynanın 33-cü üzv olacağı görünür”, - deyən Rutte qeyd edib ki, nəzəri olaraq başqa bir ölkə Ukraynadan əvvəl üzv ola bilər. Lakin Ukraynaya vəd verilsə də, hələ namizədlik statusunu da ala bilməyib.
Göründüyü kimi, illər öncə Ukraynaya NATO üzvlüyü vəd edən ABŞ və digər Qərb dövlətləri bu ölkəni Rusiya ilə müharibəyə təhrik etdi. Halbuki NATO-nun nizamnaməsinə əsasən müharibə şəraitində olan ölkə alyansa üzv qəbul oluna bilməz. Yəni, hazırkı şəraitdə Ukraynanın NATO-ya gedən yolu bağlıdır. Artıq Zelenski də anlayır ki, ölkəsini alyansda istəmirlər. O, sadəcə olaraq bu mövqeyi ilə manevrlər etməyə, ölkəsi üçün sərfəli sülh imkanları qazanmağa çalışır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50

