Məğlub Ermənistanda siyasi qarşıdurma pik həddə çatıb
16.01.2021 [09:32]
Ekspertlərin fikrincə, bütün sahələrdə davam edən böhran vəziyyəti cəmiyyətdə gedən deqradasiyanı daha da dərinləşdirir
Məğlub Ermənistanda müharibədən sonrakı son iki ay ərzində davam edən böhran dərinləşməkdədir. Belə ki, mövcud hakimiyyətin istefası tələbinə hər gün yeni-yeni təşkilatlar qoşulur və müxalifət yeni kütləvi aksiyalara hazırlıq görür. Erməni KİV-i yazır ki, “Vətənin xilası naminə hərəkat” yanvarın 15-dən regionlarda görüşlərə və vətəndaş itaətsizliyi aksiyalarına start verib. Hakimiyyət isə bu aksiyaların qarşısını almaq üçün ötən ilin sentyabrından ölkədə elan edilən hərbi vəziyyəti ləğv etmək istəmir. Yerli medianın yazdığına görə, hökumət mart ayına qədər hərbi vəziyyəti ləğv etmək istəmir.
Buna baxmayaraq, paytaxt Yerevanda müxtəlif tələblərlə vətəndaşların etiraz aksiyaları davam edir. Belə ki, yanvarın 14-də hərbi xidmətə çağırılanların valideynləri hökumət binasının qarşısında aksiya keçiriblər. “Sputnik-Ermənistan” yazır ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər. Qeyd edək ki, övladlarının təhlükəsizliyinə zəmanət tələb edən valideynlərin bir hissəsi isə döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını istəyirlər.
Ekspertlərin fikrincə, indiki siyasi böhran şəraitində cəmiyyətdə çaşqınlıq və pessimist əhval-ruhiyyə hökm sürür. Ölkəni bu bəlaya düçar edən hakimiyyətin öz mövcudluğunu qorumaq səyləri isə cəmiyyətdəki mənəvi-psixoloji depressiyanı daha da dərinləşdirir. Məsələn, “News.am”ın yazdığına görə, siyasi analitik Stepan Danielyan deyib ki, Paşinyan uzun müddət hakimiyyətdə qalsa, cəmiyyətin deqradasiyası geridönməz hal ala bilər: “2018-ci ilə qədər Ermənistan cəmiyyətində gedən deqradasiyası gizlədildi. Ancaq cəmiyyət heç olmasa, mənfi proseslərə qarşı mübarizədə birləşirdi. 2018-ci ildən sonra hakimiyyətə gələn qüvvələr bütün qurumları və ənənəvi fikirləri məhv etməyə başladıqca tənəzzül sürətləndi. İndi bizi heç nə birləşdirmir, heç bir fikir və hədəflər yoxdur”.
Bu arada, Paşinyanın Ermənistan iqtisadiyyatına vurduğu ziyanla bağlı ittihamlar da səslənir. “Panorama.am” yazır ki, “Hərbi sığorta fondu” qəyyumlar şurasının üzvü Mesrop Manukyan mövcud hakimiyyətin Ermənistana milyardlarla dollar ziyan vurduğunu deyib: “Paşinyan Ermənistan respublikasına və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub”.
“Joxovurd” qəzeti isə yazır ki, Ermənistan hakimiyyəti dövlət vəsaitlərinin talanını davam etdirir. Nəşrin yazdığına görə, ölkədəki çoxsaylı sosial-iqtisadi problemlərə baxmayaraq, Ermənistan hakimiyyəti büdcə pullarını cəmiyyətdə təəccübə səbəb olan məqsədlər üçün xərcləməyə davam edir. Nəşr qeyd edir ki, parlamentin yanvarın 18-də başlayacaq növbəti iclasında Korrupsiyaya qarşı mübarizə komitəsinin yaradılmasının müzakirəsi planlaşdırılır. Qəzet yazır ki, yalnız yeni strukturun ikiillik büdcəsi 16 milyard dram (təxminən 8 milyon dollar) təşkil edəcək. Nəşrdə indiki vaxtda parlament və hökumət başda olmaqla, vəzifəli şəxslərə külli miqdarda mükafatların verilməsinin də birmənalı qarşılanmadığı qeyd edilir.
Beləliklə, uzun illər apardığı təcavüzkar siyasətin nəticəsində məğlub duruma düşən Ermənistanda siyasi qarşıdurma pik həddə çatıb. Ekspertlərin fikrincə, bütün sahələrdə davam edən böhran vəziyyəti cəmiyyətdə gedən deqradasiyanı daha da dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

