Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib
26.02.2014 [09:58]
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar şəhərdə görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verib.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına kombinatın iş strukturu barədə məlumat verib.
Prezident İlham Əliyev kombinatı işə salıb. Dövlətimizin başçısı həmin fabrikdə və gələcəkdə kombinatda istehsal olunacaq məhsullara baxıb. Bildirilib ki, “Azərsun Sənaye Parkı”nın nəzdində logistika mərkəzi, plastik kütlə və xüsusi karton məmulatlarının istehsal müəssisələri də qurulacaq.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısı müəssisəni işə salıb. Prezident İlham Əliyevə fabrikin fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib.
Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.
Müəssisə ilə tanışlıqdan sonra kollektivlə görüşən dövlətimizin başçısı İlham Əliyev deyib: “Bu gün Sumqayıtda əlamətdar bir gündür. Sumqayıt şəhərində üç zavodun açılışı baş verir. Onlardan ikisi bu ərazidədir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu zavodların fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. Sənayenin inkişafı bizim üçün prioritetdir və təsadüfi deyil ki, bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir.
- Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir.
Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən son texnologiyalar tətbiq edilir, iş şəraiti çox yaxşıdır. Burada istehsal olunan məhsullar rəqabətqabiliyyətli məhsullardır. Bu da əsas məsələdir. Biz çalışmalıyıq ki, Azərbaycanda yaranmaqda olan, yaxud da ki, yaradılacaq bütün zavodların məhsulları rəqabətqabiliyyətli olsun, dünyanın istənilən ölkəsinə ixrac edilə bilsin və beləliklə, biz xarici bazarlara keyfiyyətli hazır məhsullarla daha da böyük həcmdə çıxa bilək.
Bu gün iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Beynəlxalq qurumlar da bunu qeyd edir. Belə zavodların fəaliyyətə başlaması bizim potensialımızı daha da artıracaqdır. Bu zavodlarda yüzlərlə iş yerləri açılır, yüksək maaş verilir. Gələcəkdə sənayenin inkişafı daha da sürətlə gedəcəkdir.
Bildiyiniz kimi, Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Əslində Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır. O zavodların fəaliyyəti genişlənəcəkdir. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır. Demək olar ki, işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət göstərilir. İnfrastruktur layihələri icra edilir, şəhər abadlaşır, yeni xiyabanlar salınır, binalar bərpa edilir. Sumqayıt parklar şəhərinə çevrilir. Əlbəttə ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə də birbaşa bağlı olmalıdır.
Ətraf mühitin qorunmasına böyük diqqət göstərilir. Bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələri ən yüksək ekoloji standartlara cavab verməlidir. Qarşıya bu məqsəd qoyulub, nəinki Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlarda ekoloji standartlar ən yüksək səviyyədə olmalıdır. Çünki vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı problemlər olmuşdur. Bu problemlər demək olar ki, aradan qaldırılıbdır.
Bir sözlə, bu gün “Sənaye ili”ndə əlamətdar bir gündür. Bu zavodların fəaliyyətinə dəstək olan bütün vətəndaşlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada əlbəttə ki, investorlar əsas rol oynamışlar, böyük investisiyalar qoyulmuşdur. Hər iki zavoda 90 milyon manat investisiya qoyulmuşdur. Bu, investorların Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın uğurlu gələcəyinə onların inamının təzahürüdür. Çünki ölkəmiz sürətlə inkişaf edir, bütün məsələlər uğurla həll edilir. Biz çalışmalıyıq ki, daxili və xarici investorları Azərbaycana daha da çox cəlb edək. Burada biznes mühiti də yaxşıdır. Gəlirli sahələr yaradılır. Yəni, həm sahibkarlar, həm burada işləyənlər, həm də dövlət bundan fayda götürür və götürməlidir. Bax, bu müştərək fayda əsasında Azərbaycan iqtisadiyyatı inkişaf edir.
Bu gün özəl sektor iqtisadiyyatımızın əsas hissəsini təşkil edir. Biznes üçün gözəl şərait yaradılıbdır. İş adamları ilə mənim mütəmadi görüşlərimdə daim onlara öz dəstəyimi göstərirəm. Dövlət öz xətti ilə maliyyə resurslarını da cəlb edir, hər iki zavodda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti də nəzərdə tutulmuşdur. Yəni burada dövlət və özəl sektor bir məqsədi güdür ki, ölkə inkişaf etsin, sənaye potensialı möhkəmlənsin, güclənsin, insanlar işlə təmin olunsunlar. Bax biz bundan sonra da bu yolla gedəcəyik. Bu zavodların uğurlu fəaliyyəti ölkəmizin ümumi inkişaf strategiyasını əks etdirir.
Kağız və karton istehsalat kombinatının fəaliyyəti sayəsində nəinki Sumqayıtda, bütün respublikamızda məntəqələr açılacaq, orada da iş yerləri yaradılacaqdır. O köhnə kağızları yığmaq üçün məntəqələr yaranacaq və biz, eyni zamanda, ekoloji problemlərin həllinə də töhfəmizi vermiş oluruq. Çünki hazırda köhnə kağızlar, qəzetlər, sıradan çıxmış digər əşyalar yandırılır və havanı çirkləndirir. İndi bütün kağız tullantıları burada yığılacaq və beləliklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına da biz dəstək olacağıq. Bu iki müəssisənin xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti nəticəsində biz karton, kağız və bitki yağları sahəsində özümüzü 100 faiz təmin edəcəyik. Yəni, qarşıya bu hədəf də qoyulmuşdur. Mən dəfələrlə demişəm ki, Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir. İxrac potensialı da yaradılır. Həm bitki yağları, həm kağız-karton məhsulları xaricə ixrac ediləcəkdir.
Bir sözlə, müəssisələrin fəaliyyətə başlaması əlamətdar hadisədir, məni çox sevindirir. Ona görə ki, burada iş yerləri, müasir sənaye sahələri yaradılır. Ona görə ki, Azərbaycanın dövlət siyasətinin nə qədər düzgün olmasını bax bu müəssisələrin fəaliyyətə başlaması bir daha təsdiqləyir. Sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Müəssisənin əməkdaşdarı Şərbət Mirzəyev və Fəxrəddin Kərimbəyli burada yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Sumqayıta səfəri çərçivəsində mis emalı zavodunun açılışında da iştirak edib.
Dövlətimizin başçısı mis emalı zavodunun fəaliyyətindən bəhs edən filmə baxıb.
Daha sonra Prezident İlham Əliyev zavodu işə salıb.
Prezident İlham Əliyev mis emalı sahəsi ilə tanış olub. Dövlətimizin başçısına istehsal prosesi barədə məlumat verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev, həmçinin, 20 Yanvar və Xocalı faciələrinə həsr olunan abidələrin layihəsinə də baxıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

