Ərəb dövlətləri ilə əməkdaşlıqdan gözləntilər
05.11.2022 [10:05]
Mübariz ABDULLAYEV
Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti çoxvektorlu səciyyə daşıyır. Hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Bu gün Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələri uğurla inkişaf edir. Ölkəmiz indiyədək Aİ-də təmsil olunan doqquz dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Ölkəmizin, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Təkcə son vaxtlarda respublikamızın qlobal həmrəyliyin möhkəmlənməsinə hesablanan təşəbbüsləri BMT və digər təşkilatlar tərəfindən dəstəklənib. Bütün bunlar isə Azərbaycanın və dövlət başçımız İlham Əliyevin beynəlxalq səviyyədə artan nüfuzunu əks etdirir.
Ərəb və İslam coğrafiyasına tarixi bağlılıq
Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmizin ərəb dövlətləri, bütövlükdə geniş İslam coğrafiyası ilə əməkdaşlığının genişlənməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Bu sırada
-tarixi bağlılıq,
-siyasi dvidentlər,
-lobbi maraqları,
-iqtisadi avantajlar, o cümlədən
-enerji əməkdaşlığı,
-investisiya cəlbediciliyi,
-yeni ixrac bazarları,
-geniş turizm potensialı,
-kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi məqamları xüsusi qeyd edə bilərik.
Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Qeyd olunduğu kimi, ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Deyə bilərik ki, Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının və İqtisadi Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.
Azərbaycanın sıx əlaqələr qurduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda təşkilatda 10 üzv ölkə birləşir.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006-cı və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib. Bu tədbirlərdə qəbul olunan sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Əlcəzairdə keçirilən Zirvə toplantısına qatıldığı Ərəb Dövlətləri Liqası (ƏDL) 1945-ci ildə Qahirədə təsis edilib. Qərargahı Qahirədə yerləşən təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir. Quruma Misir, Sudan, Somali, Cibuti, Qəmər adaları, İraq, İordaniya, Suriya, Livan, Fələstin, Əlcəzair, Liviya, Tunis, Mərakeş, Mavritaniya, Yəmən, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Qətər, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir.
2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında o zamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2022-ci ilin iyun ayında ƏDL-nın Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt respublikamızda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Azərbaycanın geniş İslam coğrafiyası kimi, ərəb dünyası ilə də böyük tarixi-mədəni bağlılığı var. Əsrlər boyunca Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Füzulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir.
Xalqımızın tarixi mənəvi-dini dəyərlərinə böyük hörmətlə yanaşan Azərbaycan dövləti qlobal miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Qlobal pandemiya dövründə respublikamız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzərindən QH ölkələrinə 5 milyon dollar həcmində vəsait ianə etdi. 2017-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman dünyasında dostluq, qardaşlıq bayramına çevrildi. Respublikamız İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib.
Siyasi dvidentlər
Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Ölkəmiz ərəb dövlətləri ilə həm yuxarıda qeyd olunan və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatlarda sıx əməkdaşlıq edir. Ərəb dövlətləri, xüsusilə də İslam coğrafiyasında yayımlanan mətbuat ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Biz bəhs olunan coğrafiyada dövlətlərlə və hökumətlərlə intensiv əlaqələr qurmaqla cəmiyyətlərə erməni lobbisinin təsirlərini azalda bilərik. Ən vacib məsələlərdən biri beynəlxalq təşkilatlarda bəhs olunan dövlətlərin səsini qazanmaqdır. Xatırlayaq ki, tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı ölkəmizə qətiyyətli dəstək verdi və bu dəstək Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsində mühüm rol oynadı. Qurum ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə də Azərbaycana dəstəyini davam etdirdi. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, təşkilata üzv dövlətlərin qətiyyətli mövqe sərgiləməsi BMT səviyyəsində ərazi bütövlüyünün təmin olunması uğrunda haqq mübarizəsi aparan Azərbaycana qarşı qərəzli sənədin qəbul olunmasının qarşısının alınmasında mühüm rol oynadı. Öz növbəsində, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib. Bir sıra ərəb dövlətləri Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik münasibətlər qurmayıb. “Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu” adlı format böyük perspektiv vəd edir. 2014-cü ildə Ər-Riyadda keçirilmiş ilk Forumun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib.
Ərəb dövlətlərindən respublikamıza gələn investisiyalar
Dünya iqtisadiyyatında böyük payı olan ərəb ölkələrində zəngin ehtiyatlara malik neft-qaz yataqları var. Səudiyyə Ərəbistanı 2019-cu ildə dünyada ən çox neft hasil edən ikinci ölkə olub. Həmçinin Qətərin qaz ehtiyatlarının həcmi 24,5 trilyon kubmetrdir ki, bu da ərəb ölkəsinin qaz ehtiyatlarının həcminə görə dünyada üçüncü sırada yer almasına imkan verir. Azərbaycan da neft və qaz ölkəsidir. Enerji amili respublikamızla ərəb dövlətləri arasında münasibətlərin genişlənməsində mühüm rol oynayır. Ərəb ölkələri OPEC və OPEC+ platformalarında aparıcı söz sahibidirlər. Qlobal enerji bazarında bu ölkələrin mövqeyi mühüm təsirə malikdir. Bir enerji ölkəsi olaraq Azərbaycanın ərəb dövlətləri ilə yaxınlaşması Bakının neft-qaz ixracı siyasətinin daha sağlam qurulmasına xidmət edir.
Ərəb dünyası Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazar ola bilər. Hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bu məsələni gündəmə gətirərək bildirmişdi ki, hazırda bazarlar uğrunda kəskin rəqabət aparılır. Ölkəmiz bu rəqabətdə üstünlüklər qazanmaq üçün daha fəal siyasət həyata keçirməlidir. Qonşu ölkələrdə bizim kənd təsərrüfatı məhsullarımızın tanınması və yüksək dəyərləndirilməsi yaxşı haldır. Ancaq indi ixrac coğrafiyasının genişləndirilməsinə zərurət yaranıb.
Turizm sektoru da əməkdaşlığın perspektivli sahələri sırasında yer alır. Əslində, bu sahədə yaxşı başlanğıc var idi. 2020-ci ilədək respublikamıza körfəz ölkələrindən və digər ərəb dövlətlərindən gələn turistlərin sayı ilbəil artırdı. Ancaq qlobal miqyasda başlayan pandemiya bu prosesi zəiflətdi. Postpandemiya dövründə ərəb ölkələrindən respublikamıza turistlərin axınının genişlənməsi tam realdır.
Zəngin enerji resurslarına və geniş maliyyə imkanlarına malik ayrı-ayrı ərəb dövlətlərinin investisiya cəlbediciliyi də kifayət qədər böyükdür. Azərbaycan investisiya iqlimi əlverişli olan ölkə kimi ərəb sərmayədarlarının diqqətini özünə çəkir. Son vaxtlarda respublikamızın müvafiq qurumları ilə ərəb şirkətləri arasında imzalanan müqavilələrin icrası ölkə üzrə bərpa olunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. Bu şirkətlər bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına cəlb olunublar. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin icrasına cəlb olunublar. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. Ərəb ölkələrinə məxsus “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. Bəhs olunan layihələrin icrasına artıq start verilib. Günəş və külək enerjisi stansiyalarının tikintisinin investisiya təminatını bütünlüklə ərəb şirkətləri həyata keçirəcəklər.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

