Bəsləsən atlas olar...
30.12.2021 [10:21]
Mübariz ABDULLAYEV
Son illərdə Azərbaycan postneft iqtisadiyyatı quruculuğu istiqamətində inamlı addımlar atır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq transmilli şirkətlərlə imzalanmış müqavilələr çərçivəsində ölkəmizə gələn neft gəlirləri məqsədyönlü şəkildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu kontekstdə aqrar sektorda perspektivli, əmək tutumu və gəlir imkanları yüksək olan sahələrin inkişafına xüsusi diqqət göstərilməsi də təqdirəlayiqdir. Belə sahələrdən biri də baramaçılıq və ipəkçilikdir.
Dünyanın 60-dan çox ölkəsində...
Dünyada gəlirli sahə olan ipəkçiliyin yayıldığı ölkələrin coğrafiyası kifayət qədər genişdir. İpəkçilik ənənəvi olaraq Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiya kimi ölkələrdə geniş yayılıb. Dünya nəhəngi sayılan Çində ildə təxminən 146 min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və xam ipək istehsalı, həmçinin Cənubi Koreyanın, Tailandın, Vyetnamın, Şimali Koreyanın, İranın, Türkiyənin və digər ölkələrin də iqtisadiyyatında mühüm yer tutur. Bütövlükdə, ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb. Böyük ipək istehlakçıları sırasında isə ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, İsveçrə, Almaniya və digər ölkələrin adlarını çəkmək mümkündür.
Tarixdən gələn ənənələr
Azərbaycanda da ipəkçiliyin zəngin ənənələri formalaşıb. Respublikamızın ərazisində insanlar hələ V əsrdə ipəkçiliklə məşğul olurdular. XII əsrdən etibarən isə Azərbaycan ipəyi Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunurdu. Bu barədə tədqiqatçıların mənbələrində də geniş məlumatlar yer alıb. XI əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə ipək aparılırdı. XVI-XVII əsrlərdə də Şirvan ipək istehsalına görə Yaxın Şərqdə öz üstünlüyünü saxlaya bilmişdi. Şirvan ipəyinin xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi. Məhsulun xeyli hissəsi isə daxili tələbatın ödənilməsi üçün saxlanılırdı. Verilən məlumatlara görə, respublikamızın ayrı-ayrı regionlarında müxtəlif ipəkçilik məktəbləri formalaşıb. Mənbələrdə ayrı-ayrı dövrlərdə hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunduğu bildirilir.
Müasir dövrdə respublikamızda ipəkçilik ənənələri davam etdirilib. Azərbaycanda baramaçılığın və ipəkçiliyin pik inkişaf mərhələsi ötən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Soveti “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul etmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə respublikada barama tədarükü 36,1 faiz artmışdı. Azərbaycanda ipəkçilik kompleksi geniş şəbəkə təşkil edirdi. Buraya Elmi Tədqiqat İpəkçilik İnstitutu, Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki ipək kombinatları daxil idi.
Ölkəmizdə ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində baş verən proseslər bir sıra digər sahələr kimi, baramaçılığın inkişafına da öz mənfi təsirini göstərdi. Respublikamızda yaş barama istehsalı 1992-ci ildən (5200 ton) etibarən azalmağa başladı. Xüsusən ipək qurdunun bəslənməsi üçün müvafiq yerlərin, yem bazasının sıradan çıxması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaltmışdı.
Baramaçılığın və ipəkçiliyin inkişafında yeni mərhələ
Respublikamızda zəngin ənənələri olan baramaçılığın və ipəkçiliyin dirçəldilməsi bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının tapşırığına əsasən, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.
Həmçinin dövlətimizin başçısının “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə subsidiyanın verilməsi bu sahəyə marağı artırıb.
İstehsal və ixrac artır
Respublikamızda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Doğru deyiblər ki, bəsləsən atlas olar tut yarpağından. Ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına göstərilən dövlət qayğısı öz bəhrəsini verir. Son illərdə respublikanın bölgələrində baramaçılıqla məşğul olan ailələrin sayı əhəmiyyətli dərəcədə artıb. İnsanlar cəmi bir neçə ay ərzində çalışmaqla bu sahədən böyük həcmlərdə gəlir götürürlər. O cümlədən görülən tədbirlərin məntiqi nəticəsi olaraq ölkədən ipək ixracı artır. 2021-ci ildə ölkəmiz ipək ixracından gəlirlərini 15 dəfədən çox yüksəltməyə nail olub. Verilən məlumatlara görə, cari ilin səkkiz ayı ərzində Azərbaycanın ipək ixracının dəyəri 2,520 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,357 milyon ABŞ dolları (15,5 dəfə) çoxdur.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi ” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

