Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı keçirilib
20.12.2012 [01:12]
Dünən Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti - üçüncü iclası keçirilib. AzərTAc xəbər verir ki, iclasda şuranın sədri, akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və digər qurumların nümayəndələri, Azərbaycanın Kosmik Proqramının məsləhətçisi, akademik Roald Saqdeyev iştirak ediblər.
Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev iştirakçıları salamlayaraq kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, bu istiqamətdə aparılan işlərə dair öz fikirlərini bildirib.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat verib, kommunikasiya peykinin artıq orbitə çıxarılması üçün tam hazır vəziyyətə gətirildiyini qeyd edib və aşağı orbitli peyk sistemlərinin yaradılması ilə bağlı hesabat verib.
Azərbaycan Diplomatik Akademiyasının məzunu Taleh Ziyadov “Azərbaycan Avrasiyada nəqliyyat və loqistika mərkəzi kimi” mövzusunda çıxış edərək, ölkənin qeyri-neft sektorunun, o cümlədən nəqliyyat və informasiya texnologiyalarının inkişafını vurğulayıb, gələcəkdə Azərbaycanın regional və qlobal nəqliyyat mərkəzinə çevrilə biləcəyi ilə bağlı araşdırmanı təqdim edib.
Çıxış və müzakirələrdən sonra şuranın sədri, akademik Arif Paşayev növbəti iclasda müzakirə olunacaq məsələlərlə bağlı fikir və tövsiyələrini bildirib.
Sonda toplantı iştirakçıları anadan olmasının 80 illiyi və Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə respublika Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə akademik Roald Saqdeyevi təbrik ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

