/ / Bakıda MDB və Baltikyanı dövlətlərin dəmiryolçularının həmkarlar ittifaqı təşkilatları üçün seminar keçirilir
Bakıda MDB və Baltikyanı dövlətlərin dəmiryolçularının həmkarlar ittifaqı təşkilatları üçün seminar keçirilir
01.10.2015 [10:33]
Sentyabrın 30-da Bakıda MDB və Baltikyanı dövlətlərin dəmiryolçularının həmkarlar ittifaqı təşkilatları üçün seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki günlük seminarda Beynəlxalq Əmək Təşkilatının (BƏT), Nəqliyyatçıların Beynəlxalq Federasiyasının və Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının, MDB və Baltikyanı ölkələrin həmkarlar ittifaqı təşkilatının nümayəndələri iştirak edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev seminarın açılışında çıxış edərək onun əsas mövzusunun “Transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması (BƏT-in 87-ci və 98-ci konvensiyalarının icrası)” olduğunu deyib. O bildirib ki, qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycanda sosial və ictimai-siyasi mühit stabildir. Son illərdə respublikamızdakı sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlətlə və işəgötürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1,5 milyon üzvdən ibarətdir və 27 sahəni özündə birləşdirir.
Qeyd edilib ki, AHİK-in əsas fəaliyyət istiqamətinə ittifaqların təşkilati strukturunun təkmilləşdirilməsi, üzvlərin sayının artırılması, qanunverici işin yaxşılaşdırılması, sosial əməkdaşlığın inkişafı, təlim-təhsildə innovasiyaların istifadəsi, gənclərin və qadınların üzləşdikləri qanun pozuntuları ilə mübarizənin gücləndirilməsi daxildır. Transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı problemlərin həlli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prioritet istiqamətidir. Konfederasiyanın ikinci və üçüncü qurultaylarında transmilli şirkətlərdə təşkilati işlərin gücləndirilməsi məsələləri müzakirə olunub. Buna görə də bir çox seminarlar, konfranslar keçirilib, BƏT ilə birgə “Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə sosial dialoqun təşkili” beynəlxalq layihəsi icra edilib. Bu layihədə on sahə üzrə ittifaqların nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə imzalanan və reallaşdırılan “Əsrin müqaviləsi” Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması işinin başlanmasına təkan verdi. Transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqları neft, ticarət, kənd təsərrüfatı, tikinti, nəqliyyat vasitələri, rabitə, səhiyyə və digər sahələri əhatə edir. Bu gün 3800 transmilli şirkətdə və şəxsi müəssisədə həmkarlar ittifaqları fəaliyyət göstərir. Hər il şəxsi müəssisələrdə 200 yeni həmkarlar ittifaqı yaradılır.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Fəzail Bağırov çıxış edərək bildirib ki, bu, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının birgə keçirdiyi ikinci seminardır.
Qeyd edilib ki, bu gün bütün nəqliyyat sahələrində mühüm təşkilati dəyişikliklər baş verir. Bu da həmkarlar ittifaqlarının fəaliyyətinin prioritet istiqamətlərinə və onların sayının artmasına təsir göstərir. Ona görə də seminarın “Transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması” mövzusuna həsr edilməsi mühüm əhəmiyyətə malikdir. Dünya həmkarlar hərəkatında baş verən yeniliklər və tendensiyalar bizim regionun həmkarlar ittifaqları üçün də mühüm önəm kəsb edir.
Seminarda “BƏT-in 87-ci, 98-ci konvensiyaları, onların əhəmiyyəti, təcrübə və reallaşdırma problemləri”, “Nəqliyyatçıların Beynəlxalq Federasiyasının 43-cü Konqresinin yekunları, onun qərar və qətnamələrinin həyata keçirilməsi proqramı”, “Postsovet ölkələrinin dəmir yollarında həyata keçirilən hüquqi-təşkilati dəyişikliklərin sahə həmkarlar ittifaqı hərəkatına təsiri” və s. mövzularda müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

