Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / UBM Group Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar kampaniyaya start verib

UBM Group Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar kampaniyaya start verib

19.02.2016 [09:43]

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il ötür. Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı 26 fevral - Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-şi isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.
Qeyd etmək yerinə düşər ki, dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası başlayıb. Kampaniya çərçivəsində həm ölkə daxilində, həm də xaricdə mühüm tədbirlər həyata keçirilib və keçirilir. Görülən işlər nəticəsində bu gün dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 20 ştatı Xocalı soyqırımını tanıyıb.
UBM Group “Justice for Khojaly!” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində müasir vasitələrdən istifadə etməklə Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.
Məlumat üçün bildirək ki, UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara alıb. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb. UBM Group Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.
Beləliklə UBM Group Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Justice for Khojaly!” - “Xocalıya ədalət!” adlı səhifə yaradaraq fəal təbliğat kampaniyasına start verib. Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb.
UBM Group hər bir vətəndaşı bu işdə fəal iştirak etməyə dəvət edir. Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #justiceforkhojaly #armenianaggression #armenianterror #khojaly həştəqlərindən istifadə edilməsi məqsədəmüvafiq hesab edilir:
https://www.facebook.com/JusticeForKhojaly
https://twitter.com/justice_khojaly
https://www.instagram.com/justice_khojaly/
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA
Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımız paylaşılan təbliğat materiallarından istifadə etməklə sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edilir.
Qeyd edək ki, UBM Group - Azərbaycanda və onun hüdudlarından kənarda layihələrin idarə olunması və kommunikasiya xidmətlərinin, marketinq və brendinq, ictimai əlaqələrin idarə edilməsi və imicin yaradılması, tədbirlərin təşkili, mətbuatla əlaqələr, hər növ reklam, merçendayzinq xidmətlərinin təmin edilməsi, internet səhifələrin, sosial şəbəkələrin, onlayn proqramların tərtib olunması, idarəetməsi, yoxlanılması və analizi sahələrində 18 ildən çoxdur ki, uğurla fəaliyyət göstərən şirkətdir.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31