Minsk qrupunun mənasızlığı: Prezident İlham Əliyevin tutarlı dəlilləri
26.02.2016 [10:28]
Yanvar ayında AŞ PA-da Azərbaycanla bağlı iki sənədin müzakirəsi özü ilə bir sıra məsələləri də aktuallaşdırdı. Həmin prosesdən əvvəl isə ATƏT-in Minsk qrupunun həmsədrləri öz fəaliyyət tarixçələrinin, bəlkə də, ən mənasız məktubunu yazdılar. Onlar Avropa Şurasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmamağı tələb edirdilər. Bu son dərəcə əsassız və yersiz iddia deputatların işinə qeyri-obyektivlik çaları gətirdi və nəticədə, nəzərdə tutulan sənədlərdən biri qəbul edilmədi. Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd qala bilməzdi. Dövlət başçısı ölkə gənclərinin bir qrupu ilə görüşündə həmin məqama toxunarkən kifayət qədər dəqiq mövqe ortaya qoydu. İlham Əliyev Minsk qrupunun, faktiki olaraq, mənasız bir quruma çevrildiyini bəyan etdi. Keçən müddət ərzində onun real heç bir iş görmədiyini diqqətə çatdırdı, bu hərəkətsizliyin kökündə duran səbəbləri açıq və qətiyyətlə bildirdi. Onların üzərində geniş dayanmağa ehtiyac görürük.
Sabit səmərəsiz fəaliyyət və əsassız iddialar
ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real bir iş görmədiyi barədə ölkə rəhbərliyi dəfələrlə fikir bildirib. 20 ildən çoxdur ki, həmsədrlər nəticəsi olmayan sözlər danışmaqdan və bölgəyə səfərlər etməkdən savayı heç nə ilə fərqlənmirlər. ABŞ, Fransa və Rusiya dövri olaraq öz təmsilçilərini dəyişirlər, lakin onların heç birinin işində irəliləyiş müşahidə edilmir. Obrazlı desək, həmsədrlərin kimliyindən asılı olmayaraq, onların fəaliyyəti sabit səmərəsiz olaraq qalır. Bu, təsadüfdürmü?
Yalnız sadəlövhlər və müasir dünya siyasətindən təsəvvürü olmayanlar belə düşünə bilərlər. Çünki ATƏT kimi təşkilatlar konkret kursu həyata keçirirlər. Dağlıq Qarabağla bağlı isə onların əsas siyasi xətti ikili standartlardır! Bu haqda Azərbaycan Prezidenti dəfələrlə fikirlərini söyləyib. Son olaraq Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə açıq formada mövqeyini ifadə edib.
Prezident deyib: “Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir” (bax: Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb / AZƏRTAC, 29 yanvar 2016).
Fikrimizcə, dövlət başçısı həqiqəti səmimiyyət və qətiyyətlə söyləyib. Minsk qrupu yaradılandan müxtəlif bəhanələrlə işğalçını müdafiə edib, onun qurbanı olan tərəfin isə haqq sözünü real işi ilə təsdiq etməyib. Bunun kökündə islamofobiyadan qaynaqlanan ikili standartlar siyasəti durur. Çünki beynəlxalq təşkilat, əslində, obyektiv olmalı, dini fərqləri siyasi müstəviyə gətirməməlidir. Bu baş verirsə, deməli, siyasi kurs qüsurludur.
İndi Avropada müsəlman miqrantlara olan münasibət də bu fikirləri təsdiq edir. Onları normal insan qismində qəbul etmirlər. Sözdə demokratiyadan, humanizmdən və insan haqlarından danışanlar gerçəklikdə müsəlman əhalinin adi haqlarını belə tanımaq istəmirlər. Həmsədrlər bu ikili standartları siyasi müstəvidə yeridirlər. Çoxlu sayda faktlar bunu təsdiq edir. Bu mənada həmsədrlərin Avropa Şurasına Azərbaycanla bağlı sənədlərin müzakirəsi zamanı yazdıqları məktubu ikili standartlar siyasətinin kulminasiya nöqtəsi hesab etmək olar. Çünki bu, o qədər bayağı, qərəzli və ədalətsiz bir əməldir ki, heç bir siyasi etikaya sığmır.
Xatırladaq ki, həmsədrlər həmin məktubda AŞ PA-nı Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməkdə ittiham edib, utanmadan bununla yalnız Minsk qrupunun məşğul ola biləcəyini iddia ediblər. Ancaq hansı haqla bu cür iddiada olduqlarını izah edə bilməyiblər. Adi bir sual vermək olar: sizlər indiyə qədər münaqişənin həlli ilə bağlı nə iş görmüsünüz ki, bu dərəcədə radikal mövqe tutursunuz? Siz münaqişənin həllində zərrə qədər də irəliləyiş etməmisiniz. Deməli, faktiki olaraq, məsələnin həlli ilə məşğul deyilsiniz.
Belə isə, Minsk qrupunun həmsədrlərinin bu fəaliyyətsizliyinin arxasında hansı məqamlar dayanır? Bu kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikirləri çox maraqlıdır: “Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər?” (bax: əvvəlki mənbəyə).
Ya ikili standartlardan, ya da vasitəçilikdən imtina edilməli: həmsədrlər seçməlidirlər
Belə çıxır ki, həmsədrlər münaqişəni öz inhisarlarında saxlamağa çalışırlar. Bu isə özünü, ölkə başçısının vurğuladığı kimi, prosesi dondurmaq cəhdlərində büruzə verir. Adi ifadə ilə desək, münaqişənin həlli ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri problemi həll etmək deyil, onu dondurmaq məqsədini güdür. Bu da, faktiki olaraq, münaqişəni həll etməmək anlamına gəlir.
Bunlar cənab Prezidentin çıxardığı nəticələrin tamamilə düzgün olduğunu təsdiqləyir. Yəni Minsk qrupu ötən 20 ildə fəaliyyətinin yararsızlığını sübuta yetirib. Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətini müdafiə edirlər. Ümumiyyətlə, Minsk qrupu, sözün əsl mənasında, lazımsız quruma çevrilib (bax: əvvəlki mənbəyə).
Tamamilə doğrudur - uzun illərdir konkret nəticə ala bilməyən bir qurumun mövcudluğunun əhəmiyyəti yoxdur. Münaqişəni dondurmaqla, Minsk qrupu reallıqda onu daha təhlükəli bir hala gətirir. Çünki beynəlxalq miqyasda münasibətlər getdikcə gərginləşir, onun şəffaflığı minimuma enir. Belə şəraitdə proseslərin dinamikasını proqnozlaşdırmaq olduqca çətin işə çevrilir. İstənilən an vəziyyət sürətlə dəyişə bilər. Həm də onu nəzərə almaq lazımdır ki, rəsmi İrəvan müstəqil xarici siyasət yeridə bilmir və kənar təsirlərdən asılıdır. Onun bu vəziyyəti regionda maraqları olan bir sıra böyük geosiyasi güclərin əlində oyuncağa çevrilməsi üçün əsas yaradır.
Təcrübə də göstərir ki, dəfələrlə bu hal baş verib. Onun bir daha təkrar olunmayacağına dair hər hansı təminat yoxdur. O cümlədən hərbi təxribatlar istisna deyil. Həmin vəziyyətdə Minsk qrupu hansı addımları atacaq? İnanın, heç bir təsirli iş görə bilməyəcək. Onun bu məsələdə nə konkret mövqeyi mövcuddur, nə də siyasi iradəsi vardır. Deməli, o, həqiqi mənada lazımsız və passiv bir quruma çevrilib.
Bu cür vəziyyət əsasən Ermənistana sərf edir. İrəvan mövcud “status-kvo”nu saxlamaq üçün bəhanələr uydura bilir. Vasitəçilər isə sakitcə onu dinləyir və haqq qazandırırlar. Belə olmasaydı, həmsədrlərin təmsil etdikləri dövlətlər təcavüzkar Ermənistana hərbi yardımlar etməzdilər. Son məlumatlarda onlara Böyük Britaniyanın da qoşulduğu bildirilir. Belə ki, fransızlarla yanaşı, ingilislər də təcavüzkara yeni silahlar verməkdədirlər. Onlar aqressiv və işğalçı cırtdan dövləti indi nəyə hazırlayırlar?
Paradoksal vəziyyət yaranıb. AŞ PA-da Ermənistanın münaqişə zonasında vəziyyəti gərginləşdirdiyi haqqında təqdim edilən sənədi təsdiq etmirlər. Guya Ermənistan bu işlərlə məşğul olmur. Bundan əlavə, təcavüzkara Avropa ölkələri yeni silahlar verirlər. Bunun fonunda Minsk qrupu heç kəsin münaqişənin həllinə yaxın düşməsini istəmədiyini bəyan edir. Lakin Qərbdən və Rusiyadan səslər eşidilir ki, vəziyyətin nəzarətdən çıxmamasını arzulayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağla bağlı yaranmış ziddiyyətli vəziyyət, əslində, kənar qüvvələrin işğalçını qorumaq, Azərbaycanın öz torpaqlarını azad etməsi üçün addım atmasına imkan verməmək məqsədi güdür. Nə yazıq ki, vasitəçilik etməli olan bir təşkilat bu prosesdə öz mənfi rolunu oynayır. Bu cür qeyri-müəyyənliyin nələrə aparıb çıxara biləcəyi məlumdur.
Ancaq Azərbaycan öz mövqeyini qətiyyən dəyişmək fikrində deyil. Dövlət başçısı gənclərlə görüşündə də vurğuladı ki, güclü dövlət və güclü ordu konsepti davam edir. Azərbaycan ordusu düşməni ərazilərimizdən çıxarmağa tam hazırdır. Bu səbəbdən heç bir kənar qüvvə təcavüzkar Ermənistanı məğlubiyyətdən xilas edə bilməyəcək.
Eyni zamanda, rəsmi Bakı münaqişənin danışıqlar yolu ilə ədalətli həlli xəttindən çəkilmədiyini bəyan edir. Beləliklə, ATƏT-in Minsk qrupu ya ikili standartlar mövqeyini dəyişməlidir, ya da onun özünü dəyişmək lazım gələcək. İkinci variant yoxdur!
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

