ATƏT PA-nın iclasında Ermənistan nümayəndəsinin çıxışına sərt cavab verilib
27.02.2016 [11:38]
Xəbər verdiyimiz kimi, Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası keçirilir.
Əsas müzakirə mövzusu “Miqrant və qaçqınların insan haqları” olan demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitənin iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün Avropanı çıxılmaz vəziyyətə salan qaçqın probleminə toxunub. O qeyd edib ki, ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan ATƏT regionunda böyük qaçqın axını problemi ilə üzləşən ilk ölkədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq insan evsiz-eşiksiz qalıb: “Ancaq biz bu humanitar fəlakətin öhdəsindən gəlməyi bacardıq. Bu gün bizdə çadır düşərgələri yoxdur, savadlılıq, qaçqınlar da daxil olmaqla, yüz faizlik səviyyəsinə çatıb, beynəlxalq təşkilatların dəstəyi ilə “Böyük qayıdış” proqramı işlənilib və ümid edirəm ki, münaqişənin sülh yolu ilə həllindən və qaçqınlar öz yurdlarına qayıtdıqdan sonra bu proqram repatriasiya prosesinə öz töhfəsini verəcək”.
Bahar Muradova Azərbaycanın humanitar böhranların aradan qaldırılması sahəsində qazandığı təcrübəni bölüşməyə hazır olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu gün qaçqın dalğası bütün Avropanı bürüyüb. Hiss olunur ki, Yaxın Şərq və Şimali Afrika ölkələrindən öz ev-eşiyindən didərgin düşmüş qaçqınlara qarşı şəfqət və yardım etmək arzusu getdikcə daha çox nifrət və aqressiya ilə əvəz olunur. Miqrantların sayı artır və bəzən vəziyyəti idarə etmək olmur. Bir tərəfdən Avropa tərəfindən bəyan edilmiş Avropa dəyərləri, qaçqınların sığınacaqla təmin edilməsi öhdəlikləri var. Digər tərəfdən isə miqrant və qaçqınlar Avropaya iqtisadi yük kimi gəlir və “qaçqın” adı altında İŞİD döyüşçülərinin buraya gəlməsi təhlükəsi də böyüyür. Getdikcə dərinləşən qaçqın probleminin qarşısını almaq üçün çıxış yolunun mövcud münaqişələrin həlli yolunu birgə tapmaq, dünya xəritəsində yeni münaqişələrin yaranmasının qabağını almaq, günahkar insanların və ölkələrin cəzalandırılmasını təmin etməkdən ibarət olduğunu bildirən Bahar Muradova Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın çıxışına münasibətini bildirərək vurğulayıb ki, Azərbaycan tərəfinin çıxışını təhrif etməklə fikirlərini ittihamlar üzərində quran Ermənistan nümayəndəsinə cavab verməkdənsə, məhz Ermənistan hökumətinin günahları üzündən çətin tale yaşayan insanların problemlərinin səsləndirilməsinə üstünlük verir.
Digər mövzular ətrafında çıxış edən Bahar Muradova bildirib: “Biz müstəqil dövlət olaraq beynəlxalq təşkilatlarla, o cümlədən vasitəçi qurumlarla münasibətlərimizi öz müstəsna hüquqlarımızdan istifadə edərək özümüz qururuq və onların fəaliyyətinə də münasibətimizi sərbəst şəkildə, söz azadlığı əsasında ifadə edirik.
Biz burada yalan və dezinformasiya azadlığından yox, əsl söz azadlığından danışırıq. Həqiqətən də dezinformasiya və yalan bizim burada bəzi həmkarlarımızın dilində heç bir sərhəd tanımır. Bir daha qeyd etmək istəyirəm ki, heç bir “Dağlıq Qarabağ respublikası” mövcud deyil. Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu var və o da 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Heç kim tərəfindən tanınmamış və heç bir zaman tanınmayacaq bir qanunsuz qondarma rejimin adını çəkərək həmkarları yanlış məlumatlandırmaq olmaz.
Cənab Qeqamyan, düşünməyin ki, terrorizm və təcavüzü dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkə olaraq, törətdiyiniz əməlləri Minsk qrupunun fəaliyyətsizliyini müdafiə etmək, onların vəkili obrazında çıxış etməklə əsl mahiyyətinizi ört-basdır edəcəksiniz.
Bilirsinizmi, sizinlə mənim bir siyasətçi kimi fərqimiz nədədir? Siz əli azyaşlı günahsız uşaqların, qadınların, qocaların qanına batmış, gec-tez ədalət məhkəməsi qarşısına çıxacaq bir prezidenti dəstəkləyirsiniz. Mən isə dünyada sülhü, qarşılıqlı yardımı, multikultural dəyərləri, ölkəsinin iqtisadi və coğrafi imkanlarını bir örnək kimi təqdim edən bir Prezidenti dəstəkləyirəm. Buna görə də sizin çıxışlarda konstruktivizm və sülhpərvərlik əvəzinə daha çox aqressiya və süni emosionallıq hiss olunur. Xahiş edirəm, öz çıxışlarınızda bir daha mənim Prezidentimin adını çəkməyin!”
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

