Ölkəmizdə mövcud olan siyasi həmrəylik milli birliyi gücləndirən mühüm amildir
10.10.2020 [08:31]
50 siyasi partiyanın Ali Baş Komandanın ərazi bütövlüyümüzün təmin olunması istiqamətində qətiyyətli siyasətinə birmənalı dəstək ifadə etməsi ölkə ictimaiyyətinin ümummilli məsələdə vahid mövqeyini əks etdirir
Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan bir neçə ərazimizi azad etməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Eyni zamanda, cəmiyyətdə güclü milli birlik və həmrəylik müşahidə olunur. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, yekdilliklə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını xüsusi olaraq vurğulamarı bu kontekstdə ayrıca qeyd olunmalıdır. Bu, həm də ölkəmizdəki milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Oktyabrın 3-də siyasi partiyaların sədrlərinin iştirakı ilə keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans da deyilənləri təsdiqləyir. Tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda mövcud olan siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər. Təəssüfləndirici haldır ki, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi qüvvələr, konkret olaraq Müsavat Partiyası və AXCP dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək verməmələri onların səmimi olmadıqlarını və əsl simalarını bir daha göstərir.
Milli birliyimiz Qarabağ probleminin həllində əsas şərtlərdəndir
Məsələ ilə bağlı fikirlərini bölüşən Klassik Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, bu gün ölkəmizdə milli birliyin təməli qoyulub və xalq olaraq bir yumruq kimi birləşməyimizin əsasında şəhidlərimizin qanları, qazilərimizin canları dayanır. M.Mirəlioğlu onu da vurğulayıb ki, rəhbərlik etdiyi partiya hər zaman milli birliyin Azərbaycan üçün ən vacib şərt olduğu fikrində israrlıdır və artıq buna nail olunub: “Milli birliyimiz Qarabağ probleminin həllində əsas şərtlərdəndir. Siyasi partiyaların nümayiş etdirdiyi birlik təqdir olunmalıdır. Bu gün qələbəmizin təmin edilməsi istiqamətində siyasi dünyagörüşündən asılı olmayaraq - iqtidarlı, müxalifətli hər kəs öz gücünü, ağıl və zəkasını birləşdirib. Belə çətin bir situasiyada hər kəsin bir arada olması sevindiricidir və lazımlıdır. Bizim qələbəmizin rəhni bu birlikdir”.
M.Mirəlioğlu onu da deyib ki, siyasi partiyaların imzaladığı birgə bəyanat və nümayiş etdirdyi milli həmrəylik həm də dünya ictimaiyyətinə, dostlarımıza və düşmənlərimizə bir mesaj oldu. Bəzən xarici güclərin ölkə daxilində hansısa “açıq qapı” axtarışında olması fikrini bildirən M.Mirəlioğlu onu da deyib ki, bu həmrəylik Azərbaycanın siyasi palitrasında nəinki “açıq qapı”, heç “açıq nəfəslik” belə olmadığını göstərdi. “Kimsə belə bir fikirdə olacaqsa, artıq həmin qüvvə düşmən mövqeyində olacaq. İnanıram ki, belə bir şey olmaz. İndiki halda milli həmrəylik nümayiş etdirməklə ən böyük zərbəni daxildəki düşmənlərə, “beşinci kolon”a istinad edərək xaricdən bizə hücum etmək niyyətində olanlara vurduq. Bu, onlara bir dərs oldu və təqdir edilir”.
KAXCP sədri Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarla keçirdiyi görüşlərləri də təqdir edib və deyib ki, oktyabrın 3-də keçirilən konfrans uğurlu alındı. “Bu görüşləri xüsusi qiymətləndirmək lazımdır və baş tutan dialoq onu göstərdi ki, iqtidarlı, müxalifətli danışmaq üçün bizə hər hansı tərcüməçi lazım deyil, məsələləri özümüz daxildə həll etməyi bacarırıq. Bu görüşlər və dialoq uğurludur, onun daxili sabitliyimizin qorunmasında, milli birliyimizdə öz payı var. Bu işi görənlərə də təşəkkür edirik. Bu insanlar konkret iş görürlər və bu, təqdirolunandır. İnanırıq ki, bu dialoq gələcəkdə də inkişaf etdiriləcək”, - deyə KAXCP sədri əlavə edib.
Hər bir siyasi qüvvə hakimiyyətin milli maraqlar naminə atdığı istənilən addımı qeyd-şərtsiz dəstəkləməlidir
Azadlıq Partiyasının sədri Əhməd Oruc da rəhbərlik etdiyi partiyanın hər zaman ölkə daxilində siyasi dialoqun olmasının, münasibətlərin normallaşmasının tərəfdarı kimi çıxış etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ərazisi işğal altında olan, müharibə vəziyyətində yaşayan bir ölkədə siyasi qüvvələr arasında milli məsələlərdə, xüsusi olaraq ərazi bütövlüyünün təmin olunması məsələsində birliyin olması vacibdir: “Bütün siyasi qüvvələrin bir arada olması və heç kimin fərqli baxış nümayiş etdirməməsi həm xalqa, həm də bu gün hərb meydanında düşmənə qarşı döyüşən ordumuza əlavə ruh verir, uğurlu gələcək, qələbə üçün böyük ümid yaradır. Bu gün bütün müxalifət düşərgəsinin hakimiyyəti dəstəkləməsi vacib bir amildir. Hakimiyyətin gözü arxada qalmır və bütün gücünü düşmənlə mübarizəyə səfərbər edir. Eləcə də daxildə fərqli yanaşmaların olması da hansısa qarşıdurmaların yaranmasına gətirib çıxara bilər ki, bu da düşmən dəyirmanına su tökmək xarakteri daşıyar. Buna yol vermək olmaz. Fikrimcə, bütün siyasi qüvvələrin bir arada olması daxili birliyin təmin olunduğunu göstərir. Bu gün siyasi dialoq baş tutur və bu, bizi çox sevindirir. Biz təbii ki, öz hakimiyyətimizi dəstəkləməli və onun arxasında olmalıyıq. Hər bir siyasi qüvvə milli maraqlar naminə ölkə hakimiyyətinin atdığı istənilən addımı qeyd-şərtsiz dəstəkləməlidir. Biz Prezidentin rəhbərliyi ilə aparılan əks-həmlə əməliyyatlarını tam dəstəkləyirik”.
Bəzi siyasi partiyaların bu milli həmrəylikdən kənarda qalması və siyasi partiyaların birgə bəyanatını imzalamamasına gəldikdə isə, Ə.Oruc bildirib ki, ola bilsin, həmin partiyaların hansısa kompleksləri var və hamı ilə bir yerdə olmamalarının əsasında da fəaliyyətlərindəki bəzi qeyri-şəffaf məqamlar dayanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

