/ / BBC Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb: bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır
BBC Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb: bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır
14.10.2020 [08:42]
BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir.
Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir. BBC-nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bu insanların yaşadığı yerlərdən görün geriyə nə qalıb”, - deyə qeyd edir. Vurğulanır ki, bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır. Bu dağılmış binalarda, mənzillərdə insanlar yaşayırdılar. Dağıntılar arasında yataqlar, yorğan-döşək görmək mümkündür. Hücum yerli vaxtla gecə saat 2-də baş verib.
Atəşkəs olmalı idi, lakin bu, əsl müharibənin əlamətləridir. Bəs indi nə olacaq? Atəşkəs artıq bitdimi? Bu suallarla Prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət etdik. Hikmət Hacıyev dedi ki, əgər Ermənistan azərbaycanlı mülki əhaliyə hücumu davam etdirsə, Azərbaycan Ermənistanın hərbi hədəflərinə qarşı lazımi tədbirləri görmək məcburiyyətindədir. “Siz deyirsiniz ki, onlar sizə atəş açıb və sizin buna cavab vermək hüququnuz var. Bunlardan hansı olacaq? Siz atəşkəsə davam edirsiniz, yoxsa bu hücuma cavab verəcəksiniz?” sualına cavabında Prezidentin köməkçisi deyib: “Hazırda biz atəşkəs rejiminə sadiq qalmışıq. Ancaq ermənilər Azərbaycanın mülki əhalisinə hücum etməyə davam eləsələr, dünyadakı bütün dövlətlər kimi, bizim də özünümüdafiə hüququmuz var”.
Jurnalist raket hücumu nəticəsində dağılmış evlərdən birinin içərisindən də görüntüləri təqdim edir və dağıntılar arasındakı yorğan-döşəyi göstərərək “evin sakininin nəvələri bu yataqda yatırdılar, xoşbəxtlikdən onlar sağ qala biliblər”, - deyir.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

