Radikal müxalifətin antimilli siması
09.06.2021 [09:08]
Hər zaman antimilli mövqeyi ilə seçilən radikal müxalifət düşərgəsi yenidən öz ampluasındadır. Belə ki, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonrakı zaman kəsiyində torpaqlarımızın işğaldan azad edilməsinə sevinməyən, əksinə, erməni təbliğat maşınının bir hissəsi kimi çıxış edən dağıdıcı ünsürlər iyunun 4-də iki jurnalistin - Sirac Abışovun və Məhərrəm İbrahimovun, o cümlədən Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonu istiqamətində minaya düşərək həlak olmaları ilə əlaqədar Azərbaycan dövlətinə qarşı çirkin kampaniya aparmağa çalışırlar. Məsələn, “Müsavat” Partiyasının sədri Arif Hacılının ardından antimilli şuranın üzvü Gültəkin Hacıbəyli, AXCP sədri Əli Kərimli kimiləri bu məsələ ilə əlaqədar ermənipərəst mövqe nümayiş etdiriblər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, baş vermiş faciəvi hadisənin məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir. Millət vəkili düşmən ölkənin uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini minalamasını hərbi və insanlığa qarşı cinayət adlandırıb: “Radikal müxalifət düşərgəsinin məsələyə münasibəti adekvat olmadığı qədər də təəssüfləndiricidir. Bu gün işğaldan azad edilmiş bölgələrimizdə minatəmizləmə işləri həyata keçirilir ki, bu da həmin ərazilərə qayıdacaq vətəndaşların təhlükəsizliyinin təmini üçün olduqca vacib şərtdir. Erməni terroruna məruz qalmış vətəndaşlarımızın həlak olmasının səbəbini min bir yerə yozmaqla hədəfi Ermənistanın cinayətkar əməllərindən yayındırmağa çalışan radikal müxalifət bununla əsl simasını ortaya qoyur. Adını “siyasətçi” qoymuş bu şəxslər baş vermiş hadisə ilə bağlı hansısa beynəlxalq təşkilata müraciət ünvanlamayıb, indiyə qədər ermənilərin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı hər hansı bir fikir səsləndirməyiblər. Bu gün söylədikləri cəfəngiyyat isə onların ermənilərlə eyni mövqedən çıxış etdiklərini və eyni ünvandan sifarişlər aldıqlarını təsdiqləyir”.
YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ermənistanın yürütdüyü siyasətin işğalçılığa, terrora söykəndiyini diqqətə çatdırıb. O deyib ki düşmən ölkə hələ müharibə dövründə döyüş ərazisindən kənarda yerləşən şəhər və kəndlərimizi hədəfə alıb, dinc insanları qətlə yetirib: “Radikal müxalifət düşərgəsi nümayəndələrinin iyunun 4-də baş vermiş hadisə ilə əlaqədar səsləndirdikləri absurd iddialar onların antimilli simasının göstəricisidir. Dağıdıcı müxalifət bu davranışı ilə bir daha milli maraqlara zidd mövqedə olduğunu nümayiş etdirir. Bu gün Azərbaycan ictimaiyyəti beynəlxalq aləmə, dünyanın aparıcı dövlətlərinə müraciətlər ünvanlayır, Ermənistanın törətdiyi bu qanlı cinayətə layiqli qiymətin verilməsinə, ən əsası, düşmən tərəfin minalanmış ərazilərin xəritələrini verməsinə nail olmağa çalışır. Belə bir zamanda erməniləri müdafiə etmək, dövlətin apardığı siyasətə qara yaxmağa çalışmaq milli maraqlarımıza xəyanətdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

