Təhsil Nazirliyində milli mətbuatımızın 140 illik yubileyi qeyd olunub
16.07.2015 [09:53]
İyulun 15-də Təhsil Nazirliyində milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov Ümummilli lider Heydər Əliyevin təhsilə və mətbuata daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
M.Cabbarov milli təfəkkürün, milli fikrin formalaşmasında mühüm rolu olan “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının böyük inkişaf yolu keçdiyini söyləyib, maarifçilik ideyalarının mətbuatda geniş təbliğ olunmasının əhəmiyyətini xatırladıb.
Müasir dünyada kütləvi informasiya vasitələrinin rolundan söz açan nazir respublikamızda azad, demokratik mətbuatın inkişafına geniş imkanlar yaradıldığını bildirib, təhsil və media əlaqələri ilə bağlı fikirlərini diqqətə çatdırıb.
M.Cabbarov Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədə uyğun olaraq ölkəmizdə geniş tədbirlərin təşkil edildiyini bildirib.
Təhsil naziri jurnalistləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cəmiyyətin tərəqqisində mətbuatın rolundan, bu sahədə Həsən bəy Zərdabinin və digər görkəmli jurnalistlərin əvəzsiz xidmətlərindən danışıb, maarifçilik ideyalarının milli mətbuatımızda xüsusi yer tutduğunu vurğulayıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Ulu öndər Heydər Əliyevin mətbuata daim böyük diqqət və qayğı göstərdiyini, Ümummilli liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.
Azərbaycanda qazanılan uğurlardan, “Bakı-2015” birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan V.Səfərli, eyni zamanda, KİV-lərin inkişafına böyük dəstək verildiyini diqqətə çatdırıb.
Tədbirdə Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimatı olub.
Sonra nazirlik tərəfindən təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil olunmuş müsabiqənin qaliblərinə fəxri fərman və digər mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

