Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb
14.11.2019 [09:41]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 13-də “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Ahmedov Abdurqafur Tuyçiboyeviç, Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimov, Özbəkistan Respublikası Prezidentinin ictimai və dini təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri Rustam Kasimov Sabiroviç daxildir.
Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunan Komitə sədri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətinə toxunub. Münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığı, tarixboyu formalaşan mənəvi və ümumbəşəri dəyərlərin dayandığını qeyd edən Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin bu əlaqələri daha yüksəkliyə qaldırdığını və hazırda Prezident İlham Əliyev tərəfindən uzaqgörən siyasətlə uğurla davam etdirildiyini bildirib.
Ölkəmizdəki dini mühit haqqında məlumat verən Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərildiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını və bu münasibət sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu deyib.
Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində fikir və təcrübə mübadiləsinin aparılmasının zəruriliyinin, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının önəmindən bəhs edib.
Azərbaycan-Özbəkistan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edən Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımov xalqlarımızın bir çox ortaq xüsusiyyətlərinin olduğunu qeyd edib. Bildirib ki, hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin mühüm rolu var.
Özbəkistanla Azərbaycan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə maraqlı olduqlarını qeyd edən müşavir bu sahədə təcrübə mübadiləsi, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyevin də iştirak etdiyi görüş zamanı, eyni zamanda din sahəsində dövlət siyasətinin aparılması üzrə təcrübə mübadiləsi, dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, birgə tədbirlərin keçirilməsi kimi müvafiq istiqamətlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

