Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21.02.2020 [16:15]
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək. Bu barədə hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı məlumat verib.
Onun sözlərinə görə, silsilə tədbirlərə Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyində keçiriləcək anım mərasimi ilə start veriləcək: "Fevralın 24-də liseydə keçiriləcək anım mərasimində bu təhsil ocağının tarix müəllimi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində uzun illərdir fəaliyyət göstərən Sədat Sərdaroğlunın, Dənizlinin dəyərli ziyalılarından Hasan Kallimçinin, İslam Günəşin, həmçinin mənim çıxışım nəzərdə tutulub".
Şəmsiyə İsmayıllı deyib ki, tədbirlərə məhz bu liseydən start verilməsi heç də təsadüfi deyil: "Belə ki, Türk dünyasına, o cümlədən Azərbaycana xüsusi önəm verən Fevzi Yetikin müdiri olduğu liseyin tarix müəllimi Sədat Sərdaroğlunun təşəbbüsü ilə bu təhsil ocağının şagirdlərindən ibarət "Xocalı çalışma qrupu" adlı dərnək yaradılıb. Əvvəllər dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı lisey səviyyəsində tədbirlər keçirsələr də, sonradan bu işlər daha geniş miqyasda davam etdirilib. Dərnək üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanına məktub yazıb və bu təklif müsbət qarşılanıb".
Fevralın 26-da isə öncə Dənizlidəki Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət olunacaq: "Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək anım mərasimi zamanı abidənin önünə əklil qoyulduqdan sonra soyqrımı qurbanlarının xatirəsi anılacaq və Azərbaycanla Türkiyənin dövlət himnləri oxunacaq. Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolanın təsdiqlədiyi proqrama əsasən anım tədbiri İbrahim Cinkaya Sosial Bilimlər Liseyində konfransın keçirilməsi ilə davam etdiriləcək".
Fevralın 28-də isə Pamukkale Universitetinin təşkilatçılığı ilə "Qətliamdan soyqırımına – Xocalı" adlı konfrans keçiriləcək: "Universitetin Fənn-Ədəbiyyat fakültəsinin nəzdində yaradılan Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün və univesitetin nəzdində fəaliyyət göstərən Dənizli Sosial Bilimlər Məslək Yüksəkokulunun da dəstək verdiyi bu tədbir zamanı Xocalı faciəsi haqqında film nümayiş olunacaq, soyqırımının dəhşətləri, həmçinin faciə haqqında həqiqətlərin dünyaya çatıdırlması istiqamətində görülən işlər barədə ətraflı məlumat veriləcək".
Şəmsiyə İsmayıllı əlavə edib ki, bu tədbirlər zamanı Azərbaycanda nəşr edilən və Xocalı soyqırımı, həmçinin erməni terrorundan bəhs edən kitabların sərgilənməsi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45

