Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC aztəminatlı ailələrə dəstək olub

“Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC aztəminatlı ailələrə dəstək olub

24.04.2020 [18:52]

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC şəhərdəki tənha yaşayan ahıllara, aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə yardım edib. 

Bu barədə verilən məlumatda deyilir ki, Şəhər İcra Hakimiyyətinin əməkdaşları və “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC-nin direktoru Qoca Əmiraslanov tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox ailənin ünvanına çatdırılıb.Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə və Naftalanda yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31