Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Biz Sizinlə güclüyük! Biz birlikdə güclüyük!"

"Biz Sizinlə güclüyük! Biz birlikdə güclüyük!"

01.05.2020 [14:12]

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərə görə ölkənin hər yerindən Prezident İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də ölkəmizdə pandemiyanın qarşısının alınması, vətəndaşların sosial rifahının gücləndirilməsi və təhlükəsizliyinin qorunması, o cümlədən, iqtisadi sabitliyin saxlanılmasına xidmət göstərən addımların atılması ilə bağlı tədbirlərə görə dövlət başçısına təşəkkür məktubu ünvanlayıb. 

Məktubda bildirilir ki, Prezident İlham Əliyevin uzaqgörənliyi, yüksək idarəçiliyi və müdrik qərarlarının nəticəsi olaraq Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar əldə edib. Qeyd olunur ki, dövlət başçısının daima ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar, etibarlı sabahımıza hesablanmış proqramların həyata keçirilməsi xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır. Məktubda daha sonra deyilir ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlərin, yarana biləcək problemlərin vaxtında önlənməsinin nəticəsidir ki, Azərbaycan bu mübarizədə ən nümunəvi ölkələr siyahısında yer alır: "Pandemiyanın qarşısının alınması məqsədilə həyata keçirilən örnək fəaliyyətlərinizlə bərabər ümumbəşəri bəladan əziyyət çəkən ölkə vətəndaşlarına göstərdiyiniz maddi və mənəvi dəstəyi xalq olaraq böyük məmnunluq, minnətdarlıq hissi ilə qarşılayırıq. Xüsusən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, məcburi-köçkünlərə, qaçqınlara və aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Xalqımızın cox böyük əksəriyyəti kimi bu kateqoriyadan olan insanlar da Sizi daima dəstəkləyir və Sizinlə birlikdə olduqlarını bəyan edirlər".

Məktubun sonunda "Biz Sizinlə güclüyük! Biz birlikdə güclüyük!",- deyə qeyd olunub.

Paylaş:
Baxılıb: 316 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31