Azərbaycanda turizmin bərpası PATA-da müzakirə olunub
20.08.2020 [08:54]
Avqustun 19-da Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) və “BBC World News”un birgə təşkilatçılığı ilə turizm destinasiyalarının pandemiya dövründə fəaliyyətinə dair silsilə görüşlər çərçivəsində ilk görüş Azərbaycana həsr olunub.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Destinasiyalara baxış: Azərbaycan” mövzusunda keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid BBC-nin “The Travel Show” verilişinin aparıcısı Rajan Datarın suallarını cavablandırıb.
Florian Zenqstşmid son illərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından turizmin xüsusi önəm kəsb etməsi, bu sahəyə investisiya qoyuluşunun artması, Azərbaycanın turizm destinasiyası kimi formalaşması, turizm sənayesinin inkişafında dövlətin rolu, hədəf bazarlarda görülmüş işlər barəsində məlumat verib.
Hazırkı dövrdə sağlamlıq və təhlükəsizliyin əsas amil olduğunu vurğulayan F.Zenqstşmid, pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında danışıb.
O, müsahibə çərçivəsində Azərbaycanda mövcud multikultural dəyərləri, etnik və dini müxtəlifliyi, tarixi-mədəni irsi ilə yanaşı, müasir və geniş infrastrukturun olmasını vurğulayaraq Azərbaycanın Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları, UEFA-nın Avropa Liqasının final oyunu kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malik olduğunu qeyd edib.
Tədbirin ikinci hissəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam, “Pasha Travel” şirkətinin baş əməliyyat direktoru Çingiz Mürsəlov və AZAL-ın aviasərnişin daşımaları üzrə direktoru Cəmil Manizadə panel müzakirədə iştirak ediblər. Müzakirələrdə Azərbaycan Turizm Bürosunun marketinq kampaniyası və pandemiyanın sözügedən kampaniyaya təsiri, ATB tərəfindən təşkil olunmuş vebinarlar, Azərbaycanın turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün onlayn platforma vasitəsilə keçirilən təlimlər, pandemiyanın hotelçilik sənayesinə təsiri və hotellərdə tətbiq olunan qaydalar, eyni zamanda, mövcud reyslər və hava nəqliyyatı sektorunun gələcəyi müzakirə olunub.
Tədbirin sonunda panelistlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2019-cu ilin dekabr ayından etibarən, Asiya-Sakit Okean regionu üzrə beynəlxalq turizm platforması rolunu oynayan və 800-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) təşkilatının üzvüdür.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

