Seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir
21.08.2020 [09:06]
Ekspertlərin fikrincə, əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək
Məlum olduğu kimi, ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bu həftənin əvvəlindən əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Qeyd edək ki, Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və xüsusi proqramı ilə həyata keçirilir. Bu proses pandemiya ilə mübarizə strategiyasının mühüm tərkib hissəsidir və koronavirusla bağlı seroloji testlərin keçirilməsi layihəsinin əsas məqsədi əhali arasında COVID-19 xəstəliyi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva da deyib ki, seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib hissəsidir: “Təsadüfi deyil ki, insanların sağlamlığına birbaşa xidmət edən bu fəaliyyət ilk gündən əhali arasında razılıqla qarşılanır və onlar könüllü olaraq həmin testlərin aparılmasında iştirak edirlər. Ümumiyyətlə, Azərbaycanda testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. İlkin mərhələdə tədqiqatlar Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə həyata keçirilir”.
Deputat vurğulayıb ki, müxtəlif ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb: “Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə də seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib. Bu cür testlər insan viruslara yoluxduqdan sonra bədəndə yaranan qoruyucu zülalların - anticisimlərin müəyyənləşdirilməsinə kömək edir. Anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti də ola bilər. Ona görə də seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir”.
Həkim-ekspert Fərrux Sədirov isə bildirib ki, əhali arasında SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlər ölkəmizdə ilk dəfə həyata keçiriləcək. Onun sözlərinə görə, “seroloji test” adı verilən “anticisim testi” qan analizi götürülən şəxsin bədənində antivirusun yaranıb-yaranmadığını bilməyə imkan verir: “Həmçinin bədəndə yaranan qoruyucu zülalların miqdarının müəyyənləşdirilməsi mümkündür. Əgər, xəstəliyi gizli və ya aşkar şəkildə keçirən pasiyentin qanında anticisim formalaşırsa, bu o deməkdir ki, həmin insan artıq ən azı altı ay müddətində bu xəstəliyə yoluxa bilməz və praktiki olaraq heç kimi yoluxdura da bilməz”.
F.Sədirov onu da bildirib ki, artıq bir çox ölkələrdə ikinci dalğanın yayılmasına mane olmaq məqsədilə bu xəstəliyə qarşı immuniteti yaranan şəxslərin müəyyənləşdirilməsi prosesi başlayıb: “Azərbaycanda da seroloji testlər qısa zamanda həyata keçiriləcək. Testlər hamıdan yox, əsasən 18-65 yaş arası təsadüfi seçilmiş əhali qruplarından götürüləcək. Seroloji testlərin məqsədi koronavirusa qarşı əhalidə immunitetin yaranma vəziyyətini öyrənmək, bu əsasda nə qədər insanın əvvəldən xəstəliyi keçirməsini müəyyən etmək, ölkə üzrə yoluxmanın xəritəsini çıxarmaqdır”.
Onun sözlərinə görə, əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. Bu, həm də gələcəkdə karantin rejiminin sərtləşdirilməsi və ya yumşaldılması ilə bağlı qərarlara da öz təsirini göstərə bilər.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

