Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubadlının işğalından 27 il keçir...

Qubadlının işğalından 27 il keçir...

01.09.2020 [08:54]

Avqustun 31-i Qubadlı rayonunun işğalının 27-ci ildönümüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Qubadlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. Sonra bütün şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb.
Zəngin tarixə malik olan rayonun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilib, 1 şəhər, 93 kənd tamamilə dağıdılıb, evlər, ictimai binalar yandırılıb. Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-Diyarşünaslıq Muzeyi məhv edilib. Ümumilikdə rayona milyardlarla dollar həcmində ziyan vurulub.
Qubadlı ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, o zamanlar burada təkcə Mədəniyyət Nazirliyinin xətti ilə qorunan 50-yə yaxın abidə qeydə alınmışdı.
Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 473 nəfər rayon sakini əlil olub, 100 nəfərdən çox insan itkin düşüb. 11 nəfər Milli Qəhrəman adına layiq görülüb.
Qubadlının 38600-dən artıq əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Bu illər ərzində dövlətimiz tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirilib.
Rayon əhalisi əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31