“Bərabərik” layihəsi fiziki qüsurlu insanların cəmiyyətdən kənarda qalmasına imkan vermir
08.09.2020 [09:33]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Muz TV Azərbaycan” televiziyasının “Bərabərik” adlı musiqi layihəsinin məqsədi fiziki qüsurlu şəxslərə dəstək olmaqdır.
Bu barədə AZƏRTAC-a məlumat verən layihənin baş prodüseri Pərvinə İsmayılova deyib ki, avqustun 26-dan start verilən layihəyə Qarabağ müharibəsi qaziləri də cəlb olunub. Layihə çərçivəsində istedadlı və məlahətli səsə malik fiziki qüsurlu şəxslərlə bir sıra tanınmış müğənnilərin “Muz TV Azərbaycan”da birgə ifalarının yer aldığı silsilə verilişlər hazırlanır. Bundan başqa, fiziki qüsurlu şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.
Pərvinə İsmayılova bildirib ki, fiziki qüsur həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də özündə bunu təcəssüm etdirir. “Məqsəd fiziki qüsurlu şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır”, - deyə P.İsmayılova əlavə edib.
Baş prodüser vurğulayıb ki, layihə çərçivəsində fiziki qüsurlu insanların bütün maddi və sosial problemləri həll olunur. Eyni zamanda, musiqi istedadı olan fiziki qüsurlu insanların təhsillərini inkişaf etdirmələri üçün tanınmış sənətkarların iştirakı ilə ustad dərsləri də təşkil edilir.
Fiziki qüsurlu Mehman Talıbov belə bir layihəni ərsəyə gətirdikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “Muz TV Azərbaycan” televiziyasına minnətdarlığı bildirib. O qeyd edib ki, bu layihənin reallaşması onların öz bacarıqlarını nümayiş etdirmələrinə imkan verir. Biz bu layihə çərçivəsində tanınmış sənətkarlarla eyni səhnəni bölüşürük. Bu isə bizə yaradılan böyük imkandır. Bu gün mən səhnəyə dəyərli sənətkarımız, Xalq artisti Gülyanaq Məmmədova ilə birgə çıxacağam və buna görə çox sevincliyəm.
Layihənin musiqi rəhbəri, Əməkdar artist Vüqar Camalzadə deyib ki, “Bərabərik” fiziki qüsurlu istedadlı insanların cəmiyyətdən kənarda qalmasına imkan vermir. Hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də fiziki qüsurlu istedadlı insanlar çoxdur. Ancaq onlar fiziki qüsurlarına görə böyük auditoriyaya çıxmağa çəkinirlər. “Bərabərik” adlı musiqi layihəsi fiziki qüsurlu insanlardakı belə psixoloji maneələri aradan qaldıraraq, onların istedadlarını nümayiş etdirməyə imkan yaradır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

