/ / Vətənpərvərlik ruhunda tərbiyə olunan Azərbaycan gəncliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşməyə hazırdır
Vətənpərvərlik ruhunda tərbiyə olunan Azərbaycan gəncliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşməyə hazırdır
11.09.2020 [09:49]
Ekspertlərin fikrincə, müasir Azərbaycan gəncinin idealı Vətən uğrunda canından keçən Milli qəhrəmanlarımız, igid oğullarımızdır
Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti bütün sahələrdə olduğu kimi, gənclərin milli və hərbi vətənpərvər ruhda yetişməsində də böyük rol oynayır. Onu da vurğulamaq yerinə düşər ki, Ermənistanın işğalçılıq siyasətinə məruz qalan Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması hər zaman öz aktuallığını qoruyur. Məhz bunun nəticəsidir ki, bu ilin iyul ayında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı gənclərimiz bir nəfər kimi Vətənin bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu bildirdi.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib ki, ölkəmizin gələcəyi hesab edilən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, tariximizi dərindən öyrənməsi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi yüksək səviyyədə qavraması olduqca vacibdir. Millət vəkili qeyd edib ki, ötən illər ərzində dövlətə, Vətənə bağlı, milli məfkurə əsasında tərbiyə olunan gənclərimizin hərtərəfli inkişafı üçün bir sıra işlər görülüb: “Bu gün ölkəmizdə müharibə davam edir, torpaqlarımız işğal altındadır. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, müharibə hələ bitməyib və sülh danışıqları nəticə verməyəcəyi halda Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Onu da deyim ki, bu günün gəncliyi sabah müharibə şəraitində əlində silah Vətəninin bütövlüyünü qorumağa hazırdır. Yeri gəlmişkən, istər 2016-cı ilin aprel döyüşlərində, istərsə də bu il Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan xalqı səfərbər oldu, bütün Azərbaycan gəncliyi ayağa qalxdı və döyüşə getməyə hazır olduğunu bildirdi, öz dövlətinə, Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirdi”.
Milli Məclisin üzvü Sevinc Hüseynova da bildirib ki, müasir Azərbaycan gəncliyi milli vətənpərvər ruhda yetişir, tərbiyə olunur. Onun sözlərinə görə, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, bu yöndə təbliğat işlərinin aparılması istiqamətində mühüm addımlar atılır. Hər bir Azərbaycan gəncinin torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hazır olduğunu deyən Sevinc Hüseynova bu ilin iyulunda Tovuz rayonu istiqvamətində baş verən hadisələr zamanı bunun canlı şahidi olduğumuzu da xatırladıb. O qeyd edib ki, müasir Azərbaycan gəncinin idealı məhz Vətən uğrunda canından keçən Milli qəhrəmanlarımız, igid oğullarımızdır. “Xatırlayırsınızsa, iyul ayında baş verən erməni təxribatı zamanı hər bir gəncimiz döyüşə getmək üçün səfərbər oldu. Bu birlik və həmrəylik bir daha sübut etdi ki, Azərbaycan gəncliyi dövlətin apardığı qətiyyətli siyasi kursu dəstəkləyir, Vətənin bütövlüyü uğurunda canından keçməyə hazırdır”.
Deputatın sözlərinə görə, sevindirici haldır ki, gənclərimiz dədə-baba yurdumuz olan Dağlıq Qarabağın tarixi keçmişi ilə bağlı məlumatları dərindən öyrənirlər və lazımi anda sosial şəbəkələrdə faktlara söykənərək işğalçı ölkənin yalanlarını ifşa edirlər. “Azərbaycan gəncliyi cəbhədə olduğu kimi, sosial şəbəkələrdə də milli ruhunu ortaya qoyur, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırıllmasında böyük rol oynayır. Bu, olduqca qürurvericidir”, - deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30

