Haqsız iddialar, haqlı cərimələr...
25.08.2022 [07:31]
Hansı evlər üçün cərimə ödənilməlidir?
Nicat
Son günlər dövlət qeydiyyatına alınmayan evlərin cərimə edilməsi məsələsi ciddi müzakirələrə səbəb olub. Bu evlərin sakinlərinə göndərilən bildirişlərdə qeyd olunur ki, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunub.
Qeyd olunan digər bir məsələ bildirişlərin əldə olunmamasına görə nəzərdə tutulan cərimə məsələsidir. İddialara görə, bildirişlərdə həmin evlərin sahiblərinə Dövlət Xidmətinin müvafiq şöbələrində inzibati xətaya dair işə baxılacağı tarix bildirilir və işə baxılacağı ilə əlaqədar sübutların təqdim olunması da təklif edilir. O da nəzərə çatdırılır ki, bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən 150 manatdan 250 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Yuxarıda iddia olunanlar doğrudursa, onda bu məsələ ciddi sosial narazılığa səbəb ola bilər. Belə ki, Bakıda və Abşeronda yüz minlərlə dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri var. Və təbii ki, bir neçə il bundan əvvəl inşa edilmiş bu evlərin sahiblərinə müvafiq cərimələrin tətbiq edilməsi bir o qədər də doğru olmaz.
Deyilənlər özündə həqiqəti əks etdirirmi? Məsələnin həlli hansı yolla mümkündür?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri mütəxəssisi Ramil Qasımzadənin sözlərinə görə, protokollaşdırma heç də köhnə tikililərə şamil edilmir. Ekspert prosesin yeni, qanunsuz olaraq tikinti aparan şəxslərə aid olduğunu diqqətə çatdırıb: “Bu, istər kənd təsərrüfatı, istərsə də dövlət torpaqlarında aparılan tikinti işlərinə şamil edilir. Əgər qanunsuz olaraq hər hansı bir tikinti işi həyata keçirilirsə, həmin vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilir. Tikinti davam edərsə, protokollaşdırılır və cərimə tətbiq olunur, ilkin vəziyyətə qaytarılması üçün tədbirlər görülür. Ümumiyyətlə, qanunsuz evlərin sənədləşməsi ilə bağlı iş isə Əmlak Məsələləri Dövlət Komitəsinin məşğul olduğu dövrdən fərqli olaraq bu il daha geniş və sürətli şəkildə icra edilməkdədir. Məlumat üçün bildirim ki, 2018-ci ildən etibarən Əmlak Məsələləri Dövlət Xidməti artıq İqtisadiyyat Nazirliyinin tərkibində Əmlak Məsələləri Dövlət Xidməti kimi fəaliyyət göstərir. Cənab Prezidentin də qanunsuz evlərlə bağlı imzaladığı 2014-cü il tarixli Fərmanı hal-hazırda bu istiqamətdə davam etdirilməkdədir. Evlərin inventarlaşması, sayının müəyyən edilməsi indi də davam edir”.
Əmlak eksperti bu evlərin dərəcələrə bölünməsi haqqında da söz açıb: “Yəni sırf kənd təsərrüfatı təyinatlı torpaqların üzərində yerləşən sənədsiz evlər var, kommunal xətlərin üzərində yerləşənlər də var. Ən əsas problem həm kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilənlərdir, həm də magistral yol xətlərinə yaxın, qaz və su kəmərlərinin üzərində, neft şirkətinin ərazisinə aid olan ərazilərdə inşa edilən evlərlə bağlıdır. Hətta bir sıra müəssisələrə məxsus olan, mühafizə zonalarında ərazilərdə inşa edilən fərdi yaşayış evlərinə rast gəlinir. Hazırda hüquqi sənədi olmayan yerlərdə qanunsuz tikililərin qarşısı da alınır. Həm paytaxtda, həm də respublikanın şəhər və rayonlarında belə hallara rast gəlinir. Torpağın kateqoriyası və növündən asılı olaraq hüquqi sənədləri tam olmadan aparılsa belə, həmin tikinti işlərinin qarşısı alınır”.
R.Qasımzadə qanunsuz tikililərə qarşı aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlərin mexanizmi barədə də məlumat verib. Onun sözlərinə görə, hər hansı bir tikinti aparılırsa, əvvəlcədən dövlət qurumları tərəfindən tikintinin aparılma əsasları, sənədləri yoxlanılır: “Və əgər qanunsuzluq aşkar edilirsə, vətəndaşa ilk növbədə tikintinin dayandırılması tövsiyə edilir. Əməl olunmadıqda isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq iş protokollaşdırılır. Bir daha xatırlatmaq istərdim ki, bu, əvvəlki kimi kütləvi hal almayıb. Görülən işlərin nəticəsidir ki, bu gün qanun pozuntularının qarşısı alınıb və alınır”.
Əmlak eksperti komitənin niyyətinin vətəndaşları cərimələməkdən yox, qanunsuz tikililərin qarşısını almaqdan ibarət olduğunu bildirib: “Məlum olduğu kimi, söhbət paytaxt ərazisində yarım milyona qədər qanunsuz evin sənədləşməsindən gedir. Hazırda şəhərsalmanın müdafiəsinə dair konsepsiya üzərində iş aparılır. Bu iş Əmlak məsələləri üzrə Dövlət Xidməti ilə yanaşı Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyy?t? icra qurumları ilə birgə, məsləhətləşmələr əsasında aparılır. Və Şəhərsalmanın Müdafiəsinə dair konsepsiya hazırlandıqdan sonra bu sahədə işlərin daha operativ şəkildə icra olunduğunu görəcəyik. Sözügedən konsepsiya üzərində iş başa çatdıqdan dərhal sonra evlərin təxminən 50 faizinin sənədləşməsi təmin ediləcək. Bu evlər artıq elə bir problemli xarakter daşımır. Bəzən vətəndaşlar tikintini sona çatdırana qədər sənəd almırlar. İş yekunlaşdıqda isə hansısa problem yaranır. Belə olan halda narazılıqlar yaranır. Bəzi hallarda isə vətəndaşlar özü bilərəkdən qanun pozuntusuna yol verirlər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13

