Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 15  İyun - Dövlətçiliyimizin xilas günü

15  İyun - Dövlətçiliyimizin xilas günü

13.06.2024 [12:05]

YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun Gəncə şəhərində fəaliyyət göstərən 1 saylı tam orta məktəbində 12 İyun 2024-cü il tarixində  15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş 15  İyun - Dövlətçiliyimizin xilas günü adlı tədbiri keçirmişdir.                                

Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki,
Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir.
Bəli, 1993-cü ildən bugünədək Azərbaycan böyük inkişaf yolu keçib. Bütün uğurlarımızın əsasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugününə və gələcəyinə xidmət edən düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında da yeni bir mərhələnin əsasını qoydu.  Vətəninə, xalqına bağlılığını atdığı addımları ilə təsdiqləyən Ümummilli Liderin xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciəti daim xüsusi vurğulanır. Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dünyaya Günəş kimi doğan Azərbaycanı qalibiyyətə qovuşdurdu. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda  üçrəngli Bayrağımız dalğalanır. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkə kimi görmək idi.Beləliklə, 1993-cü ilin 15 iyunundan başlanan qurtuluş tarixi həm də müasir, güclü və müstəqil Azərbaycanın carçısı oldu.                                                            

Məktəbin direktoru Nazim Qafarov, Ofelya İsmayılova, Mamed Qarayev, Şaiq İsmayılov, Fənarə Sadıqova çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib.Tədbirin sonunda YAP-nın fəaliyyətində yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub.

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31